Qayınatasını öldürüb maşınla üstündən keçmişdi - 20 il həbs verildi

Qayınatasını öldürməkdə, qayınanasını isə qətlə yetirməyə cəhddə təqsirləndirilən 30 yaşlı Elbrus Şeydayevin məhkəməsi başa çatıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 120.2.4 və 29.120.2.7-ci (Xüsusi amansızlıqla adam öldürmə, iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə təqsirli bilinib.

Bildirilib ki, ötən il sentyabrın 13-ü Şamaxıda baş vermiş hadisədən əvvəl Elbrus həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib və mediator təyin edilib. Qətldən bir gün əvvəl isə o, yoldaşının cehizlərini özü maşına yığaraq qayınatasıgilin evinə aparıb.

Həmçinin bu hadisələrdən öncə həyat yoldaşı Elbrusu tərk edərək atası evinə gedibmiş.

O da qeyd edilib ki, Elbrusla xanımı bir neçə il əvvəl evlənsələr də, övladları olmayıb. Bu səbəbdən ailədə söz-söhbətlər yaranıb və həyat yoldaşı evi tərk edib. E.Şeydayev isə bu məsələdə və ailəsində digər söz-söhbətlərin yaranmasında 39 yaşlı qayınanası Püstəni günahkar bilib. O, hər dəfə qayınanasının ailəsini dağıtdığını deyirmiş.
 

Qətlin törədildiyi gün isə Elbrus Şeydayev səhər saatlarında qayınanası Püstə ilə qayınatası Əlağanın işə getdiklərini bilərək onları izləyib. O, Əngəxərnan kəndində yol kənarında onlara hücum edib. Əvvəlcə 1979-cu il təvəllüdlü Əlağa Hüseynov və 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya kəsici-deşici alətlə müxtəlif xəsarətlər yetirib. Daha sonra isə maşını ər-arvadın üstünə sürərək onların ölməsinə əmin olmaq istəyib. Bu zaman Ə.Hüseynov avtomobilin təkəri altında qalaraq həlak olub, P.Hüseynova isə zərbədən yayınaraq sağ qalıb. O, xəstəxanaya çatdırılıb.


Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elbrus Şeydayevə 20 il həbs cəzası verilib.

Fotoda: Mərhum Əlağa Hüseynov



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəmkirdə 18 yaşlı oğlanın meyiti TAPILDI

Şəmkirdə 18 yaşlı oğlanın meyiti TAPILDI

Münhen klubunu TƏRK EDƏCƏK

Münhen klubunu TƏRK EDƏCƏK

Üç möcüzə üçün BUNU YEYİN

Üç möcüzə üçün BUNU YEYİN

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

Mayda 14 gün iş yoxdur

Mayda 14 gün iş yoxdur

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

Millimiz Maltaya UDUZDU

Millimiz Maltaya UDUZDU

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Goranboyda AĞIR QƏZA

Goranboyda AĞIR QƏZA

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

End of content

No more pages to load

RADİO