Oktyabrın 14-də saat 11-dən etibarən 2025-2026-cı tədris ili üzrə şagird yerdəyişməsinə start verilir.
Bu barədə Bizim.Media-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.
Bildirilib ki, hazırda yerdəyişmə 2-11-ci siniflər üçün aktivləşdirilir, məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsi prosesi isə 28 oktyabr saat 11:00-dan etibarən aktiv ediləcək.
Günay Şahmar, Bizim.Media