Kürdəmirdə ər arvadına 10 bıçaq xəsarəti yetirib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Sor-Sor kəndində qeydə alınıb.
Belə ki, aralarında yaranan ailə münaqişəsi zəminində kənd sakini Nizami Hüseynov həyat yoldaşı Sara Hüseynovaya 10 bıçaq xəsarəti yetirib.
Ağır bədən xəsarətləri alan yaralı dərhal ətrafdakı insanların köməyilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyata alınıb.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Nizami Hüseynov saxlanılıb.
Hadisə ilə bağlı Kürdəmir rayon prokurorluğunda cinayət işi açılıb.
Bizim.Media, Aran bürosu