Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı" (DEEP) çərçivəsində "Tibb sahəsində ingilis dili" mövzusunda kursun birinci modulu keçirilir.
Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
DEEP-in Bolqarıstandan olan nümayəndə heyətinin iştirakı ilə keçirilən kursda dinləyicilərə mövzu ilə bağlı brifinqlər təqdim edilir.
Tədbirin əsas məqsədi beynəlxalq təcrübələrdən faydalanmaqla iştirakçıların ixtisas hazırlıqlarını yüksəltməkdir.
Qeyd edək ki, sözügedən kurs oktyabrın 18-dək davam edəcək.
Bizim.Media