Xəzər dənizinin Xaçmaz rayonundan keçən ərazisində sahilboyu sahədə suiti cəsədləri aşkarlanıb.
Yerli sakinlərin Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, sahilboyu ərazidə 10 suiti cəsədi görünüb.
Faktla bağlı lazımi təşkilatlar məlumatlandırılıb.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, sabah Qida Təhlükəsizliyi Agentliyinin Xaçmaz regional şöbəsinin əməkdaşları suiti cəsədlərindən analiz götürmək üçün həmin dəniz sahilində olacaqlar.
Suitilərin hansı səbəbdən ölməsi laborator müayinənin cavabından sonra məlum olacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu