Yaralı halda döyüşə qayıdan QƏHRƏMAN - Nəşi 63 gün sonra tapılan Məhəmmədəli İbrahimlinin HƏYAT YOLU – FOTO/VİDEO

Bu gün Vətən müharibəsi şəhidi Məhəmmədəli Mütəllim oğlu İbrahimlinin şəhadətinin ildönümüdür.

Bizim.Media xəbər verir ki, Məhəmmədəli İbrahimli 22 noyabr 1996-cı ildə Beyləqan rayonunda dünyaya gəlib.

Əslən Füzulinin Cuvarlı kəndindən olan Məhəmmədəli 2003-2014-cü illərdə 215 nömrəli tam orta məktəbdə təhsil alıb.

Həmin ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub.  2018-2020-ci illərdə eyni universitetdə magistratura təhsilini davam etdirib.

Tələbə olduğu vaxtlarda dostları ilə birlikdə kiçik kafe biznesi ilə məşğul olub və buradan əldə olunan gəlirlər ilə "Nur" uşaq evinə yardımlar edib. O, həmçinin "Qarabağ" futbol klubunun azad azarkeş qrupu olan "İmarət Tayfa"nın üzvü olub.


O, kiçik yaşlarından Vətənə sevgi ilə böyüyüb, işğal altında olan torpaqlarımızın azad olunacağı günü səbirsizliklə gözləyib və daim bu savaşda iştirak etmək arzusunda olub.

Hələ hərbi xidmətə yollanmadan öncə səsləndirdiyi fikirlər, sosial şəbəkə hesablarında yazdığı statuslar, dostları ilə söhbətdə qurduğu cümlələr onun torpaqların azad olunması üçün necə istəkli olduğunu göstərirdi.

“Şəhid olmaq bizim ən son edəcəyimiz işdir. Bu gün biz şəhid olmağı fikirləşməməliyik. Bu gün biz Xocalıda, Təbrizdə, Dərbənddə, Borçalıda, İrəvanda olanların – nə bilim o qədər itirilmiş torpaqlarımız var ki, bunların qisasını almağı fikirləşməliyik. Sən şəhid oldun,mən şəhid oldum, kim alacaq qisasımızı? Biz birinci öldürməyi, sonra ölməyi fikirləşməliyik. Şəhidlik elə zirvədir ki çox az adama qismət olur.  Bu gün bizim əsas məqsədimiz ölmək yox, öldürməkdir. Vətən üçün ölməlisən də. Amma öncə öldürməlisən”, - bu, onun hələ Vətən Müharibəsi başlamadığı dönəmdə səsləndirdiyi fikirlərdən də aydın görünür.


Məhəmmədəlinin atası Mütəllim İbrahimli Birinci Qarabağ Müharibəsinin qazisi olub. Onun vətənpərvər ruhda böyüməsində atasının da rolu böyük olub.


M.İbrahimli 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətə çağırış üçün Müdafiə Nazirliyindən gələn SMS-i də elə özünəxas ruhda paylaşıb:

“Çağırır, Vətən, çağırır ana – mənfur düşməndən qisas almağa”.

Onun “Qələbə sadəcə inamdır” cümləsi bu gün bütün “Qarabağ” azarkeşlərinin əsas devizinə, şüarına çevirilib.


O, bu ifadəni Azərbaycan Ordusunun 10 iyul, 1992-ci ildə Ağədərəni düşməndən təmizlədikdən sonra “Mardakert” lövhəsini sökərkən çəkilmiş fotosu üzərində yazaraq paylaşmışdı.

Azərbaycan Ordusunun kəşfiyyatçı əsgəri olan Məhəmmədəli İbrahimli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin iştirakçısı olub. O, oktyabrın 3-də Suqovuşan uğrunda gedən döyüşlərdə hər iki qolundan və ayağından yaralanıb.

Yaralı halda üç yaralı və bir şəhid yoldaşını təhlükəsiz əraziyə çıxartmağı bacarıb. Elə həmin tarixdə yaralarının sağalması üçün 15 gün müddətinə Bərdə Rayon Diaqnostika Xəstəxanasına yerləşdirilib.


Lakin yaralarının sağalmasını gözləməyən Məhəmmədəli üç gün sonra müalicəsini yarımçıq qoyaraq könüllü şəkildə ön cəbhəyə qayıdıb.


Yaralı halda döyüşən Məhəmmədəli oktyabrın 13-də Ağdərə istiqamətində düşmən postuna kəşfiyyat bölüyünün hücumunda iştirak edib.

Qumbara ilə 20-dən çox düşmən əsgərini məhv edən Məhəmmədəli şəhidlik zirvəsinə ucalıb. Lakin Məhəmmədəlinin nəşini döyüş bölgəsindən 63 gün sonra götürmək mümkün olub.


Məhəmmədəli İbrahimli 2020-ci il dekabrın 15-də Bakının Sabunçu rayonundakı Şəhidlər xiyabanında dəfn edilib.


Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra  "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.


Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fərhad Bədəlbəyli Taciri Konservatoriyaya qəbul etməyib? - VİDEO

Fərhad Bədəlbəyli Taciri Konservatoriyaya qəbul etməyib? - VİDEO

DÇ-2026: Ukrayna-Azərbaycan oyunu başladı

DÇ-2026: Ukrayna-Azərbaycan oyunu başladı

Tramp tarixi sazişdən sonra Misiri TƏRK ETDİ - VİDEO

Tramp tarixi sazişdən sonra Misiri TƏRK ETDİ - VİDEO

Məşhur futbolçu millinin düşərgəsini TƏRK ETDİ

Məşhur futbolçu millinin düşərgəsini TƏRK ETDİ

Tramp Sülh Sammitində Meloniyə TƏRİF YAĞDIRDI - VİDEO

Tramp Sülh Sammitində Meloniyə TƏRİF YAĞDIRDI - VİDEO

Zərdabda AĞIR QƏZA: Ölən və yaralılar var - FOTO

Zərdabda AĞIR QƏZA: Ölən və yaralılar var - FOTO

Əməkdar artist oğlunun videosuna yazdığı şərhlə hər kəsi güldürdü - VİDEO

Əməkdar artist oğlunun videosuna yazdığı şərhlə hər kəsi güldürdü - VİDEO

Tramp: “Bir neçə lider var ki, mənim onlardan xoşum gəlmir” - VİDEO

Tramp: Bir neçə lider var ki, mənim onlardan xoşum gəlmir” - VİDEO

Efirdə huşunu itirən Samirədən AÇIQLAMA - VİDEO

Efirdə huşunu itirən Samirədən AÇIQLAMA - VİDEO

Tramp İlham Əliyevə TƏŞƏKKÜR ETDİ - VİDEO

Tramp İlham Əliyevə TƏŞƏKKÜR ETDİ - VİDEO

Ukrayna-Azərbaycan oyununda heyətlər AÇIQLANDI

Ukrayna-Azərbaycan oyununda heyətlər AÇIQLANDI

Şahbaz Şərif Trampı Nobel Sülh Mükafatına namizəd göstərdi - VİDEO

Şahbaz Şərif Trampı Nobel Sülh Mükafatına namizəd göstərdi - VİDEO

Gəncədə qəza olub, 3 yaralı var

Gəncədə qəza olub, 3 yaralı var

Tramp Sülh Sammitində Ərdoğana təşəkkür etdi - VİDEO

Tramp Sülh Sammitində Ərdoğana təşəkkür etdi - VİDEO

“Qəzzanın bərpası başlayır” - VİDEO

“Qəzzanın bərpası başlayır” - VİDEO

Tramp: “Deyirdilər ki, Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq, amma...” - VİDEO

Tramp: “Deyirdilər ki, Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq, amma...” - VİDEO

Hərbi Tibb Fakültəsində NATO proqramı çərçivəsində kurs KEÇİRİLİR

Hərbi Tibb Fakültəsində NATO proqramı çərçivəsində kurs KEÇİRİLİR

Ordubadın bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Ordubadın bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Tramp: “İlham Əliyev çox güclü liderdir, işini çox yaxşı görür” - VİDEO

Tramp: “İlham Əliyev çox güclü liderdir, işini çox yaxşı görür” - VİDEO

Arayik və digərlərinin növbəti məhkəməsi KEÇİRİLDİ - FOTO

Arayik və digərlərinin növbəti məhkəməsi KEÇİRİLDİ - FOTO

İkinci Liqa: “Dinamo” və “Şirvan” QƏLƏBƏ QAZANDI

İkinci Liqa: “Dinamo” və “Şirvan” QƏLƏBƏ QAZANDI

Hikmət Hacıyev: “Azərbaycan regional diplomatiyanın ön sırasındadır!” - VİDEO

Hikmət Hacıyev: “Azərbaycan regional diplomatiyanın ön sırasındadır!” - VİDEO

Misirdə Qəzzada yekun atəşkəs sazişi İMZALANDI - FOTO/VİDEO

Misirdə Qəzzada yekun atəşkəs sazişi İMZALANDI - FOTO/VİDEO

Liderlər Sülh Sammitində - VİDEO

Liderlər Sülh Sammitində - VİDEO

End of content

No more pages to load

RADİO