Bakıda zavodda dəhşətli partlayışın şahidi: "Məni sənədi imzalamağa məcbur etdilər"

Bakının Binəqədi rayonundakı "Bakı Ağac Emalı" ASC-nin ərazisində baş vermiş partlayışla bağlı təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşmaq üzrədir.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmir Rüstəmovun sədrliyi ilə keçirilən növbəti iclasda şahid Elşad Məmmədli ifadə verib.

O bildirib ki, "Bakı Ağac Emalı" zavodunda müqaviləsiz şəkildə elektrik kimi çalışıb:

"Əvvəl fəhlə işləmişəm, sonra elektrikin yanında köməkçi, daha sonra isə elektrik kimi fəaliyyət göstərmişəm. Elektrik sayğaclarına nəzarət edirdim. FHN əməkdaşları əraziyə gələndə onlarla ya sex rəisi, ya da Toğrul Rzayev danışırdı".

Elşad Məmmədli qeyd edib ki, zavodda rəhbərlik tərəfindən yanğından təhlükəsizlik qaydalarına əməl olunmaması ilə bağlı tərtib edilən sənədə imza atmağa məcbur edilib:

"Bir dəfə yoxlama gəlmişdi, dedilər sənədə imza at. Mən imtina etdim, lakin Toğrul və sex rəisi Coşqun otağın qapısını bağlayıb məni imza atmağa məcbur etdilər".

Məhkəmənin növbəti iclası oktyabrın 20-də keçiriləcək və sənədlərin tədqiqinə başlanacaq.
 

Qeyd edək ki, ibtidai istintaqla müəyyən edilib ki, "Bakı Ağac Emalı" ASC-nin faktiki sahibi Tağı İbrahimov (1962-ci il təvəllüdlü) və zavodda inzibati-təsərrüfat işlərinə rəhbərlik edən Toğrul Rzayev (1992-ci il təvəllüdlü) yanğın təhlükəsizliyi qaydalarına əməl etməyərək ehtiyatsızlıqdan 10 nəfərin ölümünə, 23 nəfərin xəsarət almasına, həmçinin müəssisənin ərazisindəki əmlaka və təbiətə ziyan vurulmasına səbəb olublar.


Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3 (yanğın təhlükəsizliyi qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə 225.3-cü maddə ilə ittiham irəli sürülüb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paytaxtın 555 küçəsi yuyulub - FOTO

Paytaxtın 555 küçəsi yuyulub - FOTO

Şəmkirdə 18 yaşlı oğlanın meyiti TAPILDI

Şəmkirdə 18 yaşlı oğlanın meyiti TAPILDI

Münhen klubunu TƏRK EDƏCƏK

Münhen klubunu TƏRK EDƏCƏK

Üç möcüzə üçün BUNU YEYİN

Üç möcüzə üçün BUNU YEYİN

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

Mayda 14 gün iş yoxdur

Mayda 14 gün iş yoxdur

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

Millimiz Maltaya UDUZDU

Millimiz Maltaya UDUZDU

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Goranboyda AĞIR QƏZA

Goranboyda AĞIR QƏZA

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

End of content

No more pages to load

RADİO