Bu gün saat 05:00 radələrində Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bizim.Media xəbər verir ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Pasiyentlərin müalicəsi Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Bizim.Media, Qarabağ bürosu