Sevgilisinə belə “Aytac bir gün əlimdə qalacaq” deyibmiş...

Naxçıvanda 4 il əvvəl evləndiyi arvadını asıb öldürməkdə ittiham olunan 34 yaşlı Azər İbrahimlinin məhkəməsi başa çatıb.

Bizim.Media xəbər verir ki, “Qafqazinfo” Sədərək rayonunun eyniadlı kəndində baş verən qandonduran cinayətin detallarını əldə edib.

Azər Ağcabədidən olan həyat yoldaşı Aytac İbrahimli ilə “TikTok”da tanış olub, cütlük bir neçə ay sonra ailə qurub. Kənd evində kirayə yaşamış ailənin birgə nikahdan iki övladı var.

Azər cinayət törətməmişdən bir neçə ay əvvəl TIR sürücüsü işləməyə başlayıb. O, mütəmadi olaraq Gürcüstana gedib-gəlib. Belə səfərlərin birində kafedə ofisiant işləyən qızla tanış olub, aralarında münasibət yaranıb.

Kişi Naxçıvanda olan vaxtlarda da həmin qızla vatsap proqramı vasitəsilə danışdığı üçün həyat yoldaşında şübhə yaradıb. Qadın ərinin vatsap hesabını gizli şəkildə öz telefonuna quraşdırdıqdan sonra hər şeyi öyrənib.

Bundan sonra cütlüyün onsuz da soyumağa başlayan münasibətləri daha da pisləşib. Bir gün sonra Aytac yenidən ərindən şübhələnərək ona irad bildirib, yaranan mübahisə nəticəsində isə ər arvadına şillə, təpik və yumruqla vuraraq onu halsız vəziyyətdə çarpayıya yıxıb.

Azər bununla da sakitləşməyib, arvadından birdəfəlik canını qurtarmaq üçün onu öldürməyi qətiləşdirib. Bu məqsədlə eyvandakı paltar ipini kəsib, Aytacın boğazına keçirib və ayağının altına qoyduğu stulu itələyərək onu qəsdən öldürüb.
 

Azər arvadının ölümünü intihar kimi təqdim etmək istəsə də, bir neçə gün sonra cinayətinin üstü açılıb. O, polis əməkdaşları tərəfindən tutulub. Özü ifadələrində cinayətini etiraf edib. Son vaxtlar Aytacla davamlı mübahisə etdiyini, onu bezdirdiyini deyib: “Həddən artıq qısqanc və əsəbi idi. Hər xırda şeyə görə mübahisə edirdi. Hətta dostlarımla görüşməyə gedəndə belə qısqanırdı. Gürcüstandakı qızla danışdığımı öyrənəndən sonra da vəziyyət lap pisləşdi. Amma heç vaxt onu öldürməyi düşünməmişdim. Sadəcə sonuncu gün əsəblərimi cilovlaya bilmədim.


Aytacı asandan sonra özümü öldürmək istədim. Bu vaxt o biri otaqda 3 aylıq uşağımın ağladığını eşitdim. Uşağı sakitləşdirən vaxt Aytacı öldürdüyüm üçün peşman oldum, tez yanına qayıtdım. Hələ bədəni isti olduğu üçün ölmədiyini düşündüm, təcili yardım çağırdım. Həkimlər gələnə qədər Aytaca su içirdim, ürəyini masaj etdim. Heç vaxt onu öldürmək fikrində olmamışam. Sadəcə bir anlıq əsəbiləşdiyim üçün belə oldu”.
 

Aytacın atası da məhkəmədə ifadə verib. Hüquqi varis Azəri doğma oğlundan da çox istədiyini, ona hər cür dəstək göstərdiyini deyib: “Mən heç vaxt Azərə pis olmamışam. Ona maşına qədər alıb vermişdim. Övladları dünyaya gələndə xəstəxanadan mən çıxarmışam. Həmin gün prokuror zəng edib “qızın intihar edib” deyəndə inanmadım. Dedim ki, mənim qızımın iki övladı var, heç vaxt canına qıymaz. Sonra da əsl səbəb bilindi. Günahsız qızımı asdığına və övladlarına atalıq etmədiyinə görə haqlı cəza almasını istəyirəm”.


Azərin Gürcüstanda tanış olduğu qadının dedikləri isə ittihamı daha da möhkəmləndirib: “Həyat yoldaşı ilə xoşbəxt olmadığını, boşanmağa hazırlaşdığını deyirdi. Mən də ona demişdim ki, nə vaxt boşansa, onda yanında ola bilərəm. Həmçinin “Aytac bir gün əlimdə qalacaq”, “Evdə onu öldürəcəyəm” kimi sözlər deyirdi. Azəri bloka atsam da, başqa nömrələrdən mənə zəng edirdi. Sonuncu dəfə Aytac onun telefonundan mənə zəng edib təhqir etdi. Bir neçə saat sonra da öldüyünü eşitdim.”

Məhkəmə yekunda toplanmış sübutlar və şahid ifadələri əsasında Azər İbrahimlini qəsdən adam öldürməkdə təqsirli hesab edib. Ona 13 il müddətinə həbs cəzası verilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rəsmi Kiyev Rusiya ilə danışıqlardan yeniliklər gözləyir

Rəsmi Kiyev Rusiya ilə danışıqlardan yeniliklər gözləyir

Günel Aslanova vəzifəsindən AYRILDI

Günel Aslanova vəzifəsindən AYRILDI

İsrail “Hizbullah”ın raket məntəqələrinə zərbələr endirdi

İsrail “Hizbullah”ın raket məntəqələrinə zərbələr endirdi

Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub

Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub

"WhatsApp" pullu olur

"WhatsApp" pullu olur

Kərimdən təsirli AÇIQLAMA: “Anamdan heç vaxt sığal görmədim…” - VİDEO

Kərimdən təsirli AÇIQLAMA: “Anamdan heç vaxt sığal görmədim…” - VİDEO

Azərbaycana maraq artır: Daimi yaşayış üçün 349 MÜRACİƏT

Azərbaycana maraq artır: Daimi yaşayış üçün 349 MÜRACİƏT

İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO

İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO

Ermənistanın Gürcüstanla sərhədində ZƏLZƏLƏ oldu

Ermənistanın Gürcüstanla sərhədində ZƏLZƏLƏ oldu

Qusar icra başçısının növbəti səyyar qəbulu: Sakinlərin müraciətləri ilə bağlı tapşırıq verdi - FOTO

Qusar icra başçısının növbəti səyyar qəbulu: Sakinlərin müraciətləri ilə bağlı tapşırıq verdi - FOTO

“50 Cent” haqda serial çəkilir

“50 Cent” haqda serial çəkilir

Putin atəşkəs ELAN ETDİ - FOTO

Putin atəşkəs ELAN ETDİ - FOTO

Merts: “Almaniya nümayəndə heyəti İranla təmaslar üçün Pakistana yola düşür”

Merts: “Almaniya nümayəndə heyəti İranla təmaslar üçün Pakistana yola düşür”

Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA

Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA

Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi

Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi

Magistral su xətti PARTLADI: 20 mindən çox sakin susuz qaldı – FOTO

Magistral su xətti PARTLADI: 20 mindən çox sakin susuz qaldı – FOTO

London kollecini qazanan azərbaycanlı: telefona məktub gəldi

London kollecini qazanan azərbaycanlı: telefona məktub gəldi

Sabah işıq olmayacaq – BU RAYONLARDA

Sabah işıq olmayacaq – BU RAYONLARDA

Bulvarda dənizdə batan qız belə xilas edildi – ANBAAN VİDEO

Bulvarda dənizdə batan qız belə xilas edildi – ANBAAN VİDEO

Ərdoğanla Pezeşkian arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Ərdoğanla Pezeşkian arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Xamenei: “İran müharibə istəmir, ancaq öz hüquqlarından imtina etmək niyyətində də deyil”

Xamenei: “İran müharibə istəmir, ancaq öz hüquqlarından imtina etmək niyyətində də deyil”

Bu iPhone modellərində "Telegram" İŞLƏMİR

Bu iPhone modellərində "Telegram" İŞLƏMİR

Natalya Məmmədova Azərbaycana gəldi - Video

Natalya Məmmədova Azərbaycana gəldi - Video

Ürək sağlamlığını qoruyan 12 qida

Ürək sağlamlığını qoruyan 12 qida

End of content

No more pages to load

RADİO