Dəmir çarpayıda keçən ÖMÜR – Erməni həkimin əlil qoyduğu Nəbi Rzayevin İZİ İLƏ - FOTO

Bu gün Qusar şəhərində mənəvi dəyərlərlə yoğrulmuş, həzin xatirələrlə dolu yaddaş tədbiri keçirilib. Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbir mərhum jurnalist-publisist, Həsənqala kənd sakini Nəbi Rzayevin əziz xatirəsinə həsr olunub. Tədbir “Bir ülfətin işığında” adlanırdı — adını isə mərhum şairə Kəmalə Ağayevanın eyni adlı şeirindən almışdı. Şeir Nəbinin himayədarı olmuş professor Zemfira Verdiyevaya ithaf edilib.

Çıxışçılar 15 yaşında onurğa sütunundan əməliyyat zamanı erməni həkim Sveta Baçanyanın səhvi nəticəsində ömürlük yatağa məhkum edilən, lakin bu ağır taleyə rəğmən peşəkar ali təhsil alaraq jurnalist kimi fəaliyyət göstərən Nəbi Rzayevin çətin həyat yolundan və nümunəvi mübarizəsindən danışıblar.

Tədbirin ilk çıxışçısı Azərbaycan Dövlət Televiziyasının proqram direktoru Bəxtiyar Qaraca olub.

O, Nəbi Rzayevin həyatını 1993-cü ildə çəkdiyi “Bu Vətən sənindir” adlı sənədli filmdə işıqlandırdığını qeyd edib. Bəxtiyar Qaraca deyib ki, uşaq yaşlarında təsadüfən yıxılan Nəbi, Bakıda əməliyyat zamanı erməni həkimin səhvi nəticəsində əlil olsa da, bu hal onun yaşamaq eşqini azaldan deyil, daha da artıran səbəbə çevrilib.
 

Rejissor eyni zamanda 2019-cu ildə, 25 ildən sonra, Nəbinin həyat yoldaşı Nazilə Rzayevanın xahişi ilə “Yaşamaqdan doymayanlar” adlı ikinci sənədli film çəkdiyini bildirib. O vurğulayıb ki, Nəbi Rzayev yaşamaq istəyi və iradəsi ilə çoxlarına nümunə olub.


Xalq artisti Nəsibə Zeynalovanın nəvəsi Nəsibə Zeynalova da çıxış edərək nənəsinin ailəvi şəkildə Nəbigilə baş çəkməsindən və mərhum sənətkarın Nəbiyə hər zaman dərin hörmət göstərməsindən danışıb.

Daha sonra YAP Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov, sədr müavini və Nəbinin tələbə yoldaşı Neva Aydəmirova, jurnalist Kəmalə Mirzəyeva, Həsənqala kəndinin ziyalıları — məktəb direktorları Şöhran Hacəliyev və Babacan Zəkiyev çıxış edərək mərhum jurnalistlə bağlı unudulmaz xatirələrini bölüşüblər.

Çıxışlarda xüsusilə vurğulanıb ki, Nəbinin ali jurnalistika təhsili alması üçün 1986-cı ildə Qusar rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin olunmuş Ramazan Bədirov və həmin dövrdə Azərbaycan Xarici Dillər İnstitutunun rektoru olmuş professor Zemfira Verdiyeva mühüm rol oynayıblar. Zemfira xanım Nəbini oğlu kimi sevib və ömrünün sonuna qədər onu unutmayıb.

Tədbirdə məktəblilər mərhum jurnalist Nəbi Rzayevin şeirlərini səsləndirib, onun və Zemfira Verdiyevanın obrazlarını səhnələşdirməyə çalışıblar.

Sonda mərhum jurnalist haqqında çəkilən sənədli filmin nümayişi olub. Ardınca Nəbinin həyat yoldaşı Nazilə Rzayeva tədbirin təşkilinə görə təşəkkür edib, xüsusi olaraq Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun dəstəyini yüksək qiymətləndirib.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şahmatçılarımız Ermənistan yığmasına QALİB GƏLDİ - FOTO

Şahmatçılarımız Ermənistan yığmasına QALİB GƏLDİ - FOTO

İllərdir zərərli olduğu deyilirdi, həkim təkzib etdi - Ziyansızdır

İllərdir zərərli olduğu deyilirdi, həkim təkzib etdi - Ziyansızdır

Həcc ziyarətinə gedəcək zəvvarlar üçün sağlamlıq tələbləri AÇIQLANDI

Həcc ziyarətinə gedəcək zəvvarlar üçün sağlamlıq tələbləri AÇIQLANDI

Fransa - Azərbaycan oyununun heyətləri AÇIQLANDI

Fransa - Azərbaycan oyununun heyətləri AÇIQLANDI

Şəhidin son ARZUSU ürək DAĞLADI - “Kaş ördəklərin çimdiyi sudan bir damcı olardı...” – FOTO

Şəhidin son ARZUSU ürək DAĞLADI - “Kaş ördəklərin çimdiyi sudan bir damcı olardı...” – FOTO

Lukaşenko: “Trampa Nobel Sülh Mükafatının verilməməsi absurddur” - VİDEO

Lukaşenko: “Trampa Nobel Sülh Mükafatının verilməməsi absurddur” - VİDEO

Bərdədə müəmmalı ÖLÜM: Ailəsi ağaclıqdan meyitini tapdı

Bərdədə müəmmalı ÖLÜM: Ailəsi ağaclıqdan meyitini tapdı

Prezident Tacikistana işgüzar səfəri ilə bağlı VİDEOÇARX paylaşdı

Prezident Tacikistana işgüzar səfəri ilə bağlı VİDEOÇARX paylaşdı

Millimizin Fransa ilə oyununu yayımlayacaq KANAL

Millimizin Fransa ilə oyununu yayımlayacaq KANAL

DİN şəhid atasının iddialarına cavab verdi - VİDEO

DİN şəhid atasının iddialarına cavab verdi - VİDEO

Azərbaycanlı əsirlərə işgəncə verilməsi ilə bağlı sübutlar nümayiş etdirildi - FOTO

Azərbaycanlı əsirlərə işgəncə verilməsi ilə bağlı sübutlar nümayiş etdirildi - FOTO

Mərhum atasından danışan Çinarə efirdə AĞLADI - VİDEO

Mərhum atasından danışan Çinarə efirdə AĞLADI - VİDEO

Rəsmi Bakı Qəzzada atəşkəsin təsis edilməsinə şərait yaradacaq razılaşmanı ALQIŞLADI

Rəsmi Bakı Qəzzada atəşkəsin təsis edilməsinə şərait yaradacaq razılaşmanı ALQIŞLADI

Millimizin Fransa ilə oyununu yayımlayacaq KANAL

Millimizin Fransa ilə oyununu yayımlayacaq KANAL

Ölkə ərazisində külək güclənib, bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Ölkə ərazisində külək güclənib, bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Səfir: “Türkmənistan və Azərbaycan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq var”

Səfir: “Türkmənistan və Azərbaycan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq var”

"Mənzurə ilə Türkanı plastik əməliyyatla nə günə qoydular"

"Mənzurə ilə Türkanı plastik əməliyyatla nə günə qoydular"

Azərbaycan Kubokunda 1-ci təsnifat mərhələsinə yekun vuruldu

Azərbaycan Kubokunda 1-ci təsnifat mərhələsinə yekun vuruldu

ETX haktivist qrupların kiberhücumları ilə bağlı XƏBƏRDARLIQ ETDİ

ETX haktivist qrupların kiberhücumları ilə bağlı XƏBƏRDARLIQ ETDİ

Hikmət Hacıyev: “Prezidentin 10 günə üç sammitdə iştirakı Azərbaycanın çoxregional siyasətinin təzahürüdür”

Hikmət Hacıyev: “Prezidentin 10 günə üç sammitdə iştirakı Azərbaycanın çoxregional siyasətinin təzahürüdür”

Məşhur futbolçunun evi YANDI

Məşhur futbolçunun evi YANDI

Fərid Şahbazlı: “Birinci Qarabağ və Vətən müharibələrində jurnalistlərimiz həyatlarını itiriblər” - FOTO

Fərid Şahbazlı: “Birinci Qarabağ və Vətən müharibələrində jurnalistlərimiz həyatlarını itiriblər” - FOTO

Bakı və Zaqatalada yaşıllıqların qanunsuz kəsilməsi halları AŞKARLANDI

Bakı və Zaqatalada yaşıllıqların qanunsuz kəsilməsi halları AŞKARLANDI

5 il öncə BU GÜN– 10 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ - ADLAR

5 il öncə BU GÜN– 10 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ - ADLAR

End of content

No more pages to load

RADİO