Gədəbəy rayon Kəsəmən kənd sakini Gəncə şəhərində yerləşən xəstəxanaların birində vəfat edib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1959-cu il təvəllüdlü Nazilə Kazımova ağır vəziyyətdə tibb müəssisələrindən birinə gətirilib.
Həkimlərin səyinə baxmayaq, qadının həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, 66 yaşlı qadın kimyəvi maddədən zəhərlənib.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu