Saray qəsəbəsində 4 avtomobil toqquşdu - Xəsarət alanlar var
Abşeron rayonunun Saray qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media xəbər verir ki, hadisə zamanı "Mitsubishi", "Ravon", "Opel" və "Toyota" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
Onlar dərhal xəstəxanaya çatdırılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır. (Report.az)
Bizim.Media