“Facebook” sosial şəbəkəsi daha bir yenilik edib.
Bizim.Media xəbər verir ki, yenilik platformada paylaşılan hekayələrlə (story) bağlıdır.
Belə ki, bundan sonra hər kəs üçün açıq (public) olan hekayələrə baxan və dost olmayanların da adları bəlli olacaq.
Qeyd edək ki, feysbukda dostlar və izləyicilər üçün paylaşılan 24 saatlıq hekayəyə izləyicilər baxmış olsa da, profilləri bəlli olmurdu. Bu yenilik vasitəsilə artıq hekayəyə baxan hər kəsin kimliyi görünəcək.
Günay Şahmar, Bizim.Media