Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə şəhərin 1-ci məhəlləsində yerləşən, 2000-ci il təvəllüdlü Cəbiyev Abdulla Valid oğluna məxsus çay evində qeydə alınıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb. Hadisənin səbəbləri araşdırılır.
Bizim.Media