Şuşaya içməli su verildi - FOTO

Prezident İlham Əliyevin xüsusi tapşırığına əsasən “Azərsu” ASC işğaldan azad olunmuş Şuşa şəhərini dayanıqlı içməli su ilə təmin etmək üçün təxirəsalınmaz tədbirləri davam etdirir.

Qurumdan Bizim.Media-ya verilən məlumata görə, Kiçik Kirs mənbəyindən sonra Zarıslı mənbəyindən suyun verilməsilə Şuşa şəhərinin alternativ və dayanıqlı içməli su təchizatı təmin edilib.

Şuşa şəhərinin içməli su təchizatının dayanıqlığını təmin etmək və Kiçik Kirs mənbəyindən asılılığı aradan qaldırmaq üçün Zarıslı mənbəyi və Zarıslı-Şuşa magistral kəmərində aparılan təmir-bərpa işləri yekunlaşıb və şəhərə yeni mənbədən suyun verilməsi təmin olunub. Müdafiə Nazirliyinin müvafiq bölmələri ilə birgə təhlükəsizlik tədbirləri görülməklə Şuşa şəhərindən 11 km məsafədə yerləşən Zarıslı mənbəyi və Laçın-Şuşa avtomobil yolunun kənarı ilə çəkilmiş magistral su xətti tam təftiş edilib, kəmərin qəzalı hissələri müəyyənləşdirilib.

“Azərsu”yun Bakıdan və Cəbrayıl sukanal sahəsindən ezam olunmuş mühəndis-texniki heyəti tərəfindən qısa müddətdə qəzalar aradan qaldırıb, kəmərin sıradan çıxmış hissəsləri dəyişdirilib. Eyni zamanda mənbədə olan 3 sugötürücü qurğudan ikisində təmir-bərpa işləri başa çatdırılaraq mənbənin məhsuldarlığı artırılıb. Kəmərlə nəql olunan içməli suyun mərkəzi anbara və buradan da şəhər şəbəkəsinə ötürülməsi təmin edilib.

Anbarda generator quraşdırılıb, hipoxlorid məhlulundan istifadə olunmaqla zərərsizləşdirici qurğu istismara verilib. Şəhərin anbardan yüksəklikdə yerləşən ərazilərinin su təminatının aparılması məqsədilə anbarda yeni nasos quraşdırılıb. Eyni zamanda zərurət yarandıqda suyun maşınlarla daşınması üçün sudoldurma məntəqəsi yaradılıb.

Hazırda Şuşa şəhərinin daxili paylayıcı su şəbəkəsinin sıradan çıxmış və qəzalı hissələrinin təmiri davam etdirilir, su almayan bina və tikililərin su təchizatı bərpa edilir.

Qeyd edək ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra şəhərə içməli suyun verilməsi tam dayanmışdı.

Düşmən tərəf şəhəri tərk edərkən magistral su kəmərini də sıradan çıxarmışdı. Yaranmış içməli su probleminin həlli məqsədilə ilkin olaraq Daşaltı kəndinin içməli su təchizatı bərpa edilib və Şuşa şəhərini müvəqqəti olaraq maşınlarla su ilə təmin etmək üçün Daşaltıda sudoldurucu məntəqə yaradılıb. Sonra Kiçik Kirs mənbəyində və uzunluğu 9,4 km olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələrində bərpa işləri aparılaraq 25 noyabr 2020-ci il tarixində Şuşa şəhərinə suyun verilməsi təmin olunub.

Mənbələrdə, magistral kəmərlərdə və şəhərdaxili paylayıcı şəbəkələrədə yaranan problemlərin operativ həlli məqsədilə “Azərsu”yun mühəndis-texniki heyəti və qəza briqadası tərəfindən Şuşa şəhərində fasiləsiz xidmət təşkil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Süni intellekt “yalan danışır”? – Alimlərdən risklər barədə XƏBƏRDARLIQ

Süni intellekt “yalan danışır”? – Alimlərdən risklər barədə XƏBƏRDARLIQ

Azərbaycan duz istehsalını ARTIRIB

Azərbaycan duz istehsalını ARTIRIB

Tək analığa meyillənmə - Kişilərdən niyə İMTİNA EDİRLƏR?

Tək analığa meyillənmə - Kişilərdən niyə İMTİNA EDİRLƏR?

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB: “Məsuliyyətsiz bəyanatlar qəbuledilməzdir!”

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB: “Məsuliyyətsiz bəyanatlar qəbuledilməzdir!”

Qidaları dondurucuda saxlamağın təhlükəsiz YOLLARI

Qidaları dondurucuda saxlamağın təhlükəsiz YOLLARI

Şəkidə hərəkətdə olan yük avtomobili yandı – VİDEO

Şəkidə hərəkətdə olan yük avtomobili yandı – VİDEO

Naxçıvanda ağır QƏZA: Xəsarət alanlar var – FOTO

Naxçıvanda ağır QƏZA: Xəsarət alanlar var – FOTO

Rusiyada müəllim azərbaycanlı uşağın fotosunu paylaşıb təhqir etdi – FOTO

Rusiyada müəllim azərbaycanlı uşağın fotosunu paylaşıb təhqir etdi – FOTO

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər SAXLANILDI

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər SAXLANILDI

“Neftçi” – “Qarabağ” matçına 6000 bilet SATILIB

“Neftçi” – “Qarabağ” matçına 6000 bilet SATILIB

Zelenski İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Zelenski İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

İlham Əliyev: “Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir”

İlham Əliyev: “Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir”

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO

Zelenski Rusiya ilə Ukrayna arasındakı danışıqların Azərbaycanda keçirilməsini TƏKLİF ETDİ

Zelenski Rusiya ilə Ukrayna arasındakı danışıqların Azərbaycanda keçirilməsini TƏKLİF ETDİ

Prezident: “SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir”

Prezident: “SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir”

Tramp Britaniya kralı ilə GÖRÜŞƏCƏK: “Hər şey haqqında danışacam"

Tramp Britaniya kralı ilə GÖRÜŞƏCƏK: “Hər şey haqqında danışacam"

İlham Əliyev: “Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var”

İlham Əliyev: “Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var”

Siqaret çəkənlərə qiymətlərlə bağlı BƏD XƏBƏR

Siqaret çəkənlərə qiymətlərlə bağlı BƏD XƏBƏR

Sərxoş vəziyyətdə öz avtomobilini yandırdı, TUTULDU

Sərxoş vəziyyətdə öz avtomobilini yandırdı, TUTULDU

Musiqi yaşlanmanı ləngidir - Alzheimer və unutqanlığa qarşı FAYDALARI

Musiqi yaşlanmanı ləngidir - Alzheimer və unutqanlığa qarşı FAYDALARI

Bakıda parik taxıb cinayətlər törədən şəxs ələ keçdi – ANBAAN VİDEO

Bakıda parik taxıb cinayətlər törədən şəxs ələ keçdi – ANBAAN VİDEO

Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başladı

Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başladı

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Qəbələdə İlham Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü KEÇİRİLİB

Qəbələdə İlham Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü KEÇİRİLİB

End of content

No more pages to load

RADİO