Mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün vəsait ayrıldı

Baş nazir Əli Əsədov “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi barədə” sərəncam imzalayıb.

Bizim.Media-nın məlumatına görə, sərəncam “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 14 dekabr tarixli 2343 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə imzalanıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.

- “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 14 dekabr tarixli 2343 nömrəli Sərəncamının 1-ci hissəsi ilə müəyyən edilmiş qaydada mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 noyabr tarixli 612s nömrəli Sərəncamı ilə yaradılmış işçi qrupları tərəfindən təqdim edilən siyahılar əsasında hesablanmış ilkin olaraq 9 068 128 (doqquz milyon altmış səkkiz min yüz iyirmi səkkiz) manat (bank xidməti ödənişləri də daxil olmaqla) məbləğində vəsaitin 2020-ci il üçün Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondunun vəsaiti hesabına maliyyələşdirilməsini təmin etsin;

- bu Sərəncamın 1.1-ci bəndində göstərilən vəsaitin 2 920 500 (iki milyon doqquz yüz iyirmi min beş yüz) manatının Gəncə Şəhər İcra Hakimiyyətinin, 67 000 (altmış yeddi min) manatının Mingəçevir Şəhər İcra Hakimiyyətinin, 1 848 500 (bir milyon səkkiz yüz qırx səkkiz min beş yüz) manatının Ağdam Rayon İcra Hakimiyyətinin, 586 000 (beş yüz səksən altı min) manatının Ağcabədi Rayon İcra Hakimiyyətinin, 233 000 (iki yüz otuz üç min) manatının Bərdə Rayon İcra Hakimiyyətinin, 124 000 (bir yüz iyirmi dörd min) manatının Beyləqan Rayon İcra Hakimiyyətinin, 41 000 (qırx bir min) manatının Cəbrayıl Rayon İcra Hakimiyyətinin, 4 000 (dörd min) manatının Naftalan Rayon İcra Hakimiyyətinin, 2 296 500 (iki milyon iki yüz doxsan altı min beş yüz) manatının Tərtər Rayon İcra Hakimiyyətinin, 494 500 (dörd yüz doxsan dörd min beş yüz) manatının Füzuli Rayon İcra Hakimiyyətinin və 421 500 (dörd yüz iyirmi bir min beş yüz) manatının Goranboy Rayon İcra Hakimiyyətinin müvafiq xəzinə hesabına ödənilməsini təmin etsin.

- Maliyyə Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları mülki əhali üçün hesablanmış maddi yardımların işçi qrupları tərəfindən Dövlət Komissiyasına təqdim edilən siyahılar əsasında 10 (on) gün müddətində yaşayış evlərinin sahiblərinin və ya onların qanuni nümayəndələrinin bank hesablarına (o cümlədən kart hesablarına) ödənilməsini təmin edib, nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim etsinlər.

- Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Süni intellekt “yalan danışır”? – Alimlərdən risklər barədə XƏBƏRDARLIQ

Süni intellekt “yalan danışır”? – Alimlərdən risklər barədə XƏBƏRDARLIQ

Azərbaycan duz istehsalını ARTIRIB

Azərbaycan duz istehsalını ARTIRIB

Tək analığa meyillənmə - Kişilərdən niyə İMTİNA EDİRLƏR?

Tək analığa meyillənmə - Kişilərdən niyə İMTİNA EDİRLƏR?

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB: “Məsuliyyətsiz bəyanatlar qəbuledilməzdir!”

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB: “Məsuliyyətsiz bəyanatlar qəbuledilməzdir!”

Qidaları dondurucuda saxlamağın təhlükəsiz YOLLARI

Qidaları dondurucuda saxlamağın təhlükəsiz YOLLARI

Şəkidə hərəkətdə olan yük avtomobili yandı – VİDEO

Şəkidə hərəkətdə olan yük avtomobili yandı – VİDEO

Naxçıvanda ağır QƏZA: Xəsarət alanlar var – FOTO

Naxçıvanda ağır QƏZA: Xəsarət alanlar var – FOTO

Rusiyada müəllim azərbaycanlı uşağın fotosunu paylaşıb təhqir etdi – FOTO

Rusiyada müəllim azərbaycanlı uşağın fotosunu paylaşıb təhqir etdi – FOTO

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər SAXLANILDI

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər SAXLANILDI

“Neftçi” – “Qarabağ” matçına 6000 bilet SATILIB

“Neftçi” – “Qarabağ” matçına 6000 bilet SATILIB

Zelenski İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Zelenski İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

İlham Əliyev: “Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir”

İlham Əliyev: “Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir”

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO

Zelenski Rusiya ilə Ukrayna arasındakı danışıqların Azərbaycanda keçirilməsini TƏKLİF ETDİ

Zelenski Rusiya ilə Ukrayna arasındakı danışıqların Azərbaycanda keçirilməsini TƏKLİF ETDİ

Prezident: “SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir”

Prezident: “SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir”

Tramp Britaniya kralı ilə GÖRÜŞƏCƏK: “Hər şey haqqında danışacam"

Tramp Britaniya kralı ilə GÖRÜŞƏCƏK: “Hər şey haqqında danışacam"

İlham Əliyev: “Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var”

İlham Əliyev: “Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var”

Siqaret çəkənlərə qiymətlərlə bağlı BƏD XƏBƏR

Siqaret çəkənlərə qiymətlərlə bağlı BƏD XƏBƏR

Sərxoş vəziyyətdə öz avtomobilini yandırdı, TUTULDU

Sərxoş vəziyyətdə öz avtomobilini yandırdı, TUTULDU

Musiqi yaşlanmanı ləngidir - Alzheimer və unutqanlığa qarşı FAYDALARI

Musiqi yaşlanmanı ləngidir - Alzheimer və unutqanlığa qarşı FAYDALARI

Bakıda parik taxıb cinayətlər törədən şəxs ələ keçdi – ANBAAN VİDEO

Bakıda parik taxıb cinayətlər törədən şəxs ələ keçdi – ANBAAN VİDEO

Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başladı

Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başladı

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Qəbələdə İlham Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü KEÇİRİLİB

Qəbələdə İlham Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü KEÇİRİLİB

End of content

No more pages to load

RADİO