Nar bayramı UNESCO-nun Reprezentativ Siyahısına daxil edildi - FOTO

Dekabrın 16-da  Azərbaycanın təqdim etdiyi “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” adlı nominasiya sənədinin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında qərar qəbul olunub.

Mədəniyyət Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, öllkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi, Mədəniyyət Nazirliyi və Xarici İşlər Nazirliyi, UNESCO yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə fəaliyyəti nəticəsində mümkün olub.

İclasda Azərbaycan nümayəndə heyəti adından çıxış edən Mədəniyyət Nazirliyinin rəsmisi Vasif Eyvazzadə qəbul olunmuş qərara görə ölkəmiz adından UNESCO-ya və qurumun qiymətləndirmə orqanına öz təşükkürünü bildirib, nar mədəniyyəti və ənənələrinin Azərbaycan xalqının mədəni həyatında, mifologiyasında, qədim adət-ənənələrində, mətbəxində, kənd təsərrüfatında xüsusi yer tutduğunu vurğulayıb.

Təşəkkür nitqində bu nominasiya faylının müvafiq siyahıya daxil edilməsi ilə "Nar mədəniyyəti"nin qorunmasına və gələcək nəsillərə ötürülməsinə əhəmiyyətli töhfənin verildiyi qeyd olunub.

UNESCO ilə əməkdaşlığın genişləndirilməsində, mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində əvəzsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə hazırda “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi”, kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin Çovqan - ənənəvi Qarabağ atüstü oyunu və “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” isə UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.

Qeyd edək ki, 14-19 dekabr tarixində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 15-ci iclası keçirilir.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur – FOTO

Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur – FOTO

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

May ayında onlar varlanacaqlar

May ayında onlar varlanacaqlar

Qanunsuz saxlanılan silahlar AŞKARLANDI

Qanunsuz saxlanılan silahlar AŞKARLANDI

90 il sonra təkrarlanan TARİX – II Dünya Müharibəsi də belə başlamışdı...

90 il sonra təkrarlanan TARİX – II Dünya Müharibəsi də belə başlamışdı...

Çin alimləri Ay süxurlarında iki yeni mineral müəyyən ediblər - FOTO

Çin alimləri Ay süxurlarında iki yeni mineral müəyyən ediblər - FOTO

Şirvanda çətənə kolları yetişdirənlər tutuldu - Əməliyyat görüntüləri – VİDEO

Şirvanda çətənə kolları yetişdirənlər tutuldu - Əməliyyat görüntüləri – VİDEO

Göyçayda market yandı – VİDEO

Göyçayda market yandı – VİDEO

Azərbaycan meyvə-tərəvəz idxalını ARTIRDI

Azərbaycan meyvə-tərəvəz idxalını ARTIRDI

Bakıda parkda meyiti tapılan şəxsin kimliyi BİLİNDİ

Bakıda parkda meyiti tapılan şəxsin kimliyi BİLİNDİ

Alimlər çəki artımı baxımından ən riskli dövrü müəyyən ediblər

Alimlər çəki artımı baxımından ən riskli dövrü müəyyən ediblər

Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək

Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək

Müavinət və təqaüd alanlarla bağlı MÜHÜM MƏLUMAT

Müavinət və təqaüd alanlarla bağlı MÜHÜM MƏLUMAT

Uşaq 18 yaşı keçir, amma ödəniş BİTMİR – Müddətsiz aliment kimlər üçündür?

Uşaq 18 yaşı keçir, amma ödəniş BİTMİR – Müddətsiz aliment kimlər üçündür?

TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınadı

TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınadı

Şəkidə avtomobil ağaca çırpıldı: Ölən və xəsarət alan var

Şəkidə avtomobil ağaca çırpıldı: Ölən və xəsarət alan var

Narkotik çəkib yük avtomobili sürdü, tutuldu – VİDEO

Narkotik çəkib yük avtomobili sürdü, tutuldu – VİDEO

Ağcabədidə ağır QƏZA: Həkim dünyasını dəyişdi, 4 yaralı var - FOTO

Ağcabədidə ağır QƏZA: Həkim dünyasını dəyişdi, 4 yaralı var - FOTO

Tehrandan beynəlxalq uçuşlar bərpa olunur

Tehrandan beynəlxalq uçuşlar bərpa olunur

İbn Sinanın tövsiyə etdiyi meyvə: əncirin faydaları

İbn Sinanın tövsiyə etdiyi meyvə: əncirin faydaları

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ: Qeydiyyatda YENİLİK

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ: Qeydiyyatda YENİLİK

"Baharın gəldiyini düşündüyümüz anda qış qayıtdı" - FOTO/VİDEO

"Baharın gəldiyini düşündüyümüz anda qış qayıtdı" - FOTO/VİDEO

Pulunu dollarla saxlayanlara ŞAD XƏBƏR

Pulunu dollarla saxlayanlara ŞAD XƏBƏR

GÜNÜN HAVASI: 24 dərəcə isti olacaq

GÜNÜN HAVASI: 24 dərəcə isti olacaq

End of content

No more pages to load

RADİO