İlin əvvəlindən bu günə qədər Azərbaycanda qeydə alınan zəlzələlərin sayı açıqlanıb.
Bizim.Media-ya bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirlib ki, il ərzində Azərbaycan ərazisində 3 579 zəlzələ qeydə alınıb. Onlardan 3 025-i regional, 2 301-i isə uzaq zəlzələlərdir. Bundan başqa, tək stansiya tərəfindən 1 090 zəif təkan qeydə alınıb.
Qeyd olunub ki, Azərbaycan və ona bitişik ərazilərdə maqnitudaları ml>3 olan 70 zəlzələ qeydə alınıb, onlardan 20-si hiss olunub.
Bizim.Media