Metronun “Neftçilər” stansiyasında köşkləri yığışdırılan satıcılar hazırda “Bakı Metropoliteni” QSC-nin binası qarşısında aksiya keçirirlər.
Onlar metropolitenin rəisi Zaur Hüseynovla görüşməyi tələb edirlər.
Moderator.az xəbər verir ki, təxminən 50-60 satıcı Z.Hüseynovla görüşmədən ərazini tərk etməyəcəklərini deyir.
Şikayətçilər köşkləri üçün ödədikləri vergi rusumunun geri qaytarılmasını tələb edirlər.
Satıcıların sözlərinə görə, digər stansiyalarda alver edənlərin vergi ödənişi geri qaytarılıb.
Ərazidə çoxlu sayda polis əməkdaşı var.