“Azərbaycanda korrupsiyaya qarşı heç bir mübarizə aparılmır və bu barədə deyilənlər cəfəngiyyatdır”.
Bu sözlər Moderator.az-a açıqlamasında “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev söyləyib. M.Əliyevin bildirdiyinə görə, Azərbaycanda korrupsiyaya qarşı əməli mübarizənin olmaması sistemin özündən qaynaqlanır:
“Azərbaycanda bütün rejim korrupsiya üzərində qərarlaşıb. Yəni yuxarıdan aşağıya doğru bütün sistem korrupsiya əsasında təşkil edilib. Buna görə də, burada korrupsiyaya qarşı hər hansı effektiv, əsaslı mübarizədən söhbət gedə bilməz. 1-2 xırda məmurun həbsi bu baxımdan heç nəyi dəyişə bilməz. Azərbaycanda hər şey başından dəyişilməlidir. Çıxış yolu bundan ibarətdir”.
Şamil