“Azərsu” ASC-də 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib

“20 yanvar - Ümumxalq hüzn günü” münasibəti ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində anım mərasimi keçirilib. 

Bu barədə Moderator.az-ı “Azərsu” ASC-nin mətbuat xidməti məlumatlandırıb. Məlumata  görə, əvvəlcə faciə qurbanlarının  xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra iştirakçıların çıxışları dinlənilib: “Tədbirdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, 1990-cı ilin 20 yanvarı ən faciəli günlərdən biri olmaqla yanaşı, Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, xalqımızın müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilmişdir. 24 il əvvəl xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xüsusi təyinatlı qoşun birləşmələrinin Bakıya yeridilməsi nəticəsində 137 mülki vətəndaş öldürülmüş, 600-dən çox insan yaralanmışdır. Həmin illərdə Azərbaycanın  haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında yaradılan informasiya blokadasına baxmayaraq, ən çətin günlərdə də xalqla bir yerdə olan ümummilli lider Heydər Əliyev 20 yanvar faciəsi ilə bağlı cəsarətli mövqe nümayiş etdirmişdir: “Ulu öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndələyinə gələrək, xarici jurnalistlər qarşısında çıxış etmiş, imperiya siyasətini, Mixail Qorbaçovun xalqımıza düşmən siyasətini qətiyyətlə ifşa  etmişdir. Ümummilli liderin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi məsələsi həllini tapmış, 20 yanvar tarixi - Ümumxalq Hüzn Günü elan edilmişdir. 20 Yanvar faciəsi qurbanlarının  əziz xatirəsini həmişə  uca tutan ümummilli lider onların adlarının əbədiləşdirilməsi, şəhidlərin ailə üzvlərinə maddi və mənəvi qayğı göstərilməsinə daim diqqətlə yanaşmışdır. Bu humanist siyasət bu gün Möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Tədbirdə su təsərrüfatında çalışmış Cəbrayıl Xanməmmədovun faciə günü həlak olması, su təsərrüfatı işçilərindən Xariz Alimov, İvan Proxorov, Kamil Həzrətquliyev və Təranə İmanovanın yaralandığı xatırlanmışdır.

Tədbirə dəvət olunmuş tarix elmlər doktoru, professor Şikar Qasımov əsrlər  boyu ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi məkrli siyasəti tarixi faktlarla  əsaslandırmışdır: “Təsadüfi deyil ki, ötən əsrin 80-cı illərinin sonunda SSRİ rəhbərliyi Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasət aparmışdır. Bu siyasətə etiraz edən xalq kütlələrinin qarşısını almaq üçün imperiya rəhbərlyi qırğın törətmək yolunu tutdu. Amma bu qanlı qırğın Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına olsa da azadlıq və müstəqilliyinə qovuşmuşdur”.

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Akif Məmmədov və 20 Yanvar şəhidi Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova  çıxış edərək şəhidlərimizin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu bildirmişlər. Tədbirdə qeyd olunmuşdur ki, 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqına qarşı həyata keçirilən qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır”.

 

Şamil


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Limonu belə yesəniz arıqlayacaqsınız

Limonu belə yesəniz arıqlayacaqsınız

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Dua Lipanın toy FOTOLARI

Dua Lipanın toy FOTOLARI

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Gəncədə qadın evində ölü tapıldı

Gəncədə qadın evində ölü tapıldı

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

End of content

No more pages to load

RADİO