Kartofun bahalanmasına səbəb inhisarçılıqdır

3 dekabr 2013-cü ildə Tarif Şurası yanacağın qiymətini qaldırandan bun yana kənd təsərrüfatı məhsulları da daxil ərzağın bütün növləri bahalanıb. Ekspertlərin fikrincə, üçdə bir bahalanma təsadüfi deyil ”“ solyar yağı da bu qədər ”“ 45-dən 60 qəpiyə bahalanıb. Belə ki, baş soğan 8-ci km bazarında 60 yox, 80 qəpikdir ($ 1,1), kök 70 qəpik yox, 1 manat ($ 1,3), kələm 40 yox, 60 qəpikdir ($ 0,75). Göyərtinin qiyməti sabit qalsa da, dəstələr üçdə bir “arıqlayıb”. 

Hər gün kənd təsərrüfatı biznesi ilə məşğul olanlar hesab edir ki, tarif artımı idxal inhisarçıları üçün bəhanə olub. Bununla bağlı Turan-ın müxbiri yerli və alınma kartofun inflyasiya zəncirini Gədəbəydən Bakıya kimi izləyib və müəyyən edib ki, kartofun bahalanması yanacağın tarifi ilə yox, nəzarət edilməyən inhisarla bağlıdır. 10-12 yanvar 2014-cü il üçün Gədəbəyin mərkəzindən 8 km bazarına kimi yerli sort kartof (Gədəbəy, Şəmkir, Daşkəsən və Tovuz) 1 ”“ 1,2 manata, bir sıra Bakı bazarlarında 1,5 ”“ 1,8 manatadır. İdxal edilən kartof 67-80 qəpikdir. 

Gəncədən olan sürücü Bəxtiyar Bayramovun sözlərinə görə, istixana bitkilərinin bir hissəsi istisna, bütün mallar regionlardan gətirilir. Əgər yeni tariflərə qədər «KamAZ»ı ilə 100 km məsafə qət etmək üçün 40 litr solyar yağına 18 manat verirdisə, indi 24 manat (yüksüz “KamAZ” 5410 25 litr işlədir) xərcləyir. Sürücülər bir qayda olaraq sifarişçidən iki başa pul alır. Onlar 10 yox, 15 ton məhsul götürür. Amma bahalanma tez xarab olan mallara aiddir ”“ kələm, pomidor, xiyar və s. Rayonlardan son kartof oktyabrın ortalarında gətirilib ”“ sahədə onu 50 qəpiyə, həyətdə 60 qəpiyə satıblar, - baha satmaq olmaz. 

Belə çıxır ki, sürücü Gədəbəydən Bakıya 450 km yolu 216 manata gəlir, - yəni yol xərci 1 kq məhsul üçün 10 ton yükdə 0,46 qəpik edir. Göründüyü kimi, katrofun qiymətinə yanacağın bahalanmasının təsirindən danışmaq absurddur. 

Gədəbəyin 8 km-də Arx Dam kəndinin adının çəkilməsini istəməyən sakini (qorxur ki, torpaq sahəsini əlindən alarlar) deyir ki, onun kimi kiçik fermerlər tərəvəz anbarlarında yer icarəyə götürə bilmir, bu isə məhsulun iri ticarətçilərə satılması ilə nəticələnir. İnhisarçılar yerli məhsulu alıb yenidən satmaq üçün vahid qiymət qoyurlar, bəzən “kənar şəxslərin” həyətyanı sahələrdən, sahələrdən məhsul yığmasını qadağan edirlər, - deyə o şikayətlənir. Hər şey nəzarətdə olmalıdır, - ötən il bir çox xırda fermerlər kartof süni şəkildə 5 qəpik ucuzlaşdığı üçün “yanıblar”, nəticədə 2013-cü ildə istehsal azalıb. 

BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, illik kartof istehlakı norması 129 kq-dır. Beynəlxalq Səhiyyə Təşkilatı bu normanın ildə 140 kq olduğunu bildirir. Azərbaycanda bu norma rəsmən (//president-az.com/article/az/1047/21) - 73 kq-dır. Demək, rəsmi istehsal 972 min, idxal 76,6 min ton olduğu halda 688,4 min ton satılır. Yəni Azərbaycan hələ kartof ixrac edir. Amma kimə? Axı qonşularda alış qıyməti burdakından ucuzdur. 

Pərakəndə satıcılar topdansatış qiymətinin artma səbəbini bilmir. Bakıxanov qəsəbəsindən satıcı Abbas Abbasov hesab edir ki, onların işi topdan mal alıb əhaliyə satmaqdır. “Meyvəli” bazarının topdan satıcıları problemi anlayışla qarşılayırlar. Onlar Rusiya, Belarus, Gürcüstan, Türkiyə və Pakistandan mal tədarükünün arxasında duranları adbaad bilirlər. Əvvəllər birincilik İran kartofunun imiş (gömrüyə çatdırılmaqla 10-15 qəpik), indi İrandakı böhran və iritonnajlı daşımalara qadağa ilə bağlı seyrəlib, deyə onlar bildirir. Bu bazarda Rusiya, Gürcüstan, Türkiyə malı 60-70 qəpik və ya $ 0,75-0,9-dır. Rusiya saytları (//www.agroru.com/spros/kartofel-opt/ct-67453-p0.htm) Azərbaycan biznesmenlərinin sorğuları ilə doludur в (1-ci sort süfrə kartofunun 1 kq-ı müşayiət sənədləri ilə birgə 15 rubl və ya $0,45). Rəsmən onlar süfrə və universal sortlarla ticarət edir, amma əsasən yem sortları gətirirlər. Tanınmış topdan satış satıcısının fikrincə, bu gəlir mənbəyi tükənməzdir, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Statistika Komitəsi nümayəndələrinin yerli məhsulların təkrar istehsalı ilə bağlı bəyanatlarına baxmayaraq, idxal təxminən yerli ehtiyatlara uyğundur. Belə ki, ötən ilin 23 iyulunda hələ məhsulun çoxu torpaqda olanda nazirlik 400 min ton tələbata qarşı 1 mln ton kartof yetişdirildiyini bildirdi (adambaşına 105 kq). İlin sonunda statistika yerli məhsulun 992,7 min ton, hektardan məhsuldarlığın 15,26 ton olduğunu bildirdi. Maraqlıdır ki, Dövlətstatkom kartof yetişdirənlərin keyfiyyət göstəricilərini artırır ”“2012-ci ildə 65,8 min ha-dan 968 min ton, 2013-cü ildə 65,3 min ha-dan 992,7 min ton məhsul yığılıb. 

Gerçəkdən belədirsə, bu qədər idxal nəyə görədir? Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, idxal malının təzyiqi ciddi ekspertizanın olmaması ilə bağlıdır. Azərbaycana yem və texniki sortlar gətirirlər, amma spirt yox, müxtəlif sıxılmış məmulatlar üçün. Bu malın çox ucuz olması və böyük mənfəət güclü axın yaradır. 

Gömrük Komitəsinin məlumatına görə, ötən il 76,6 min ton kartof idxal edilib. «Meyvəli» topdansatışçıları deyir ki bu rəqəm azaldılıb, bir rübdə Bakıda bu qədər satılır. Axı əhalinin ucuz mal aldığı yarım milyonluq Gəncə, əhalisi sıx olan Lənkəran regionu və başqa ərazilər var. 

Yerli kartofa gəlincə, Vahid Məhərrəmov bildirir ki, Kənd Təsərrüfatı Nazirliyi və Dövlətstatkomun məhsuldarlıq rəqəmləri əsaslandırılmayıb. Çünki 2013-cü ildə Şəmkir, Tovuz və Gədəbəydə kartof güvəsi istehsalçılara ciddi ziyan vurub. 

Biz İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə [email protected] ünvanına müraciət etdik və (+99412) 498 15 01 və 498 15 04 telefonlarla zəng etdik. Birinci telefon daim məşğuldur, ikincidə dedilər ki, mətbuat xidmətinin əməkdaşı analıq məzuniyyətindədir. Şöbə müdiri Şahin Nağıyev məlumat verdi ki, bu sorğulara (+99412) 493 88 67 telefonla mətbuat xidməti cavab verir. 

Orda da aydın cavab verilmədiyi üçün, agentlik nazirliyə Bakı, Üzeyir Hacıbəyli küçəsi, 40 və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə Bakı, AZ1011, Zərdabi pr., 88А ünvanına müraciət etdi. İnanırıq ki, bu informasiya adıçəkilən qurumlara inhisarçılıq təzahürləri barədə rəsmi bildiriş olacaq. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Limonu belə yesəniz arıqlayacaqsınız

Limonu belə yesəniz arıqlayacaqsınız

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Dua Lipanın toy FOTOLARI

Dua Lipanın toy FOTOLARI

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Gəncədə qadın evində ölü tapıldı

Gəncədə qadın evində ölü tapıldı

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

AYB-nin Mingəçevir bölməsinin sədri vəfat etdi

AYB-nin Mingəçevir bölməsinin sədri vəfat etdi

End of content

No more pages to load

RADİO