Kvakerlər

Sokrat deyirdi ki, ağıllılara gülmək, axmaqlara verilən imtiyazdır. Bəlkə də dünyanın heç bir ölkəsində, bu məmləkətin axmaqları qədər öz imtiyazlarından gen-bol istifadə edən ikinci qrup yoxdur. Nə qədər qəribə də olsa bu məmləkətin axmaqları az qala təriqətləşiblər.

 

Qanlı ritorika

 

Azərbaycanda iqtidar yekcins deyil. Amma dağınıq da deyil. Müxalifətin bir qismi isə üstündə mina partlamış kamikadzeyə bənzəyir. Ondan sonra qalanlar sadəcə ürək bulandırır.

Prezident seçkisi öncəsi əsasən iki partiyanın ”“ Müsavat və AXCP-nin dominantlığı ilə Milli Şura təsis edildi. Biz bu proje haqqında kifayət qədər demişik və yazmışıq. Ümid Partiyası olaraq verdiyimiz proqnozların əksəriyyəti özünü doğrultdu. Biz bunun üçün kmdənsə sağ ol da gözləmirik. Əksinə üzülürük. Ümid Partiyası olaraq bizim də düşüncəmiz, Azərbaycanın demokratik dünyaya tam inteqrasiyasının startı məhz  2013-cü ilin prezident seçkilərində olacaqdı. Amma adamlar imkan vermədi ki. Və bu dilavərlər bir nüansın fərqinə varmadılar ki, o zaman söylədikləri xarici dəstəyi almaq üçün yetərli deyildi. Bu ölkələr 1994-cü ildən, 2013-cü ilə qədər dəyəri milyardlarla ölçülən projelərinin üstündən nədən xətt çəkməli idilər ki? Bəyəm sənin söylədiyin öz acından deyildimi? Bəs sənə dünyanın, Avropanın, ABŞ-ın axmaq olduğunu kim söylədi? Daxili auditoriya isə ən yaxşı halda dinləyici və müşahidəçidir. Ümid Partiyası hələ aylar öncə bəyan etmişdi - bu günün şərtləri budur. Hə, ola bilsin ki, 20 il öncə bu kimi stiuasiyada yapılanlar düz ola bilərdi. Bir neçə il bundan öncəyə qədər Türkiyədə vətəndaş ayağa qalxanda ordu hər şeyə əl qoyurdu. İndi ordunun özünə əl qoyurlar. Bu günün də şərtlərini diqtə edən iqtidardır. Xalq biganə, beynəlxalq dəstək isə yox. Deməli özünə çəki düzəni onun kurallarına görə verməlisən. Zamana qədər. Əgər müxalif camiədə kimsə bunun inkarına qalxırsa sanıram ki, fəsadı var. Üzə dirənməkdənsə fəsadı aradan qaldırmaq olmazmı? Əlbəttə olar.

Hal-hazırda iki partiya ”“ AXCP və Müsavat arasındakı münasibətlər savaş alanına bənzəyir. Seçkidən öncə birləşmək, bütövləşmək, hətta super olmaq qərarı vermişlər seçkidən sonra acımasız düşmənə çevrildilər. Qarşılıqlı ittihamlar hər iki təsisatın həm seçkiyə hazırlığını əngəlləyir, həm də onları təşkilat olaraq yıpradır. Ən böyük zərbə isə müxalif camiəyə dəyir. İnsanlarn inamı, etibarı sarsılır. “Hesab edin ki, biz yoxuq onda siz irəli çıxın” deyə bilərlər. Əslində bu deyilişin özü belə tərbiyə tələb edir. Siz insanlarda inam, etibar qoydunuzmu? Müxalif camiənin birliyinə əngəl olan bu cür kritik vəziyyət isə iqtidarı daha iddialı edir. İqtidar müxalifətin daxili intiriqasından, pərakəndəliyindən istifadə edərək əhalinin 90%-nə iddia edir. Düz də edir. Və bu vəziyyəti yaradan da məhz bu iki partiya - Müsavat və AXCP-dir. Seçki öncəsi müxalifətin müəyyən bir kəsiminin qanlı ritorikası seçicini prosesdən qorxutdu. Əgər biz də, bu kəsimdə olan yarım adamlar kimi düşünsəydik “qardaşım sən hakimiyyətəmi işləyirsən?” deyə sual edərdik. Nədən prosesi pozursan? Biz barış deyirik, dialoq deyirik, sən qan deyirsən. Tutaq ki, dedin. Kimin qanı sənə halal buyuruldu ki? Və ya Alış nə ilə, kim ilə məsəli yerinə düşmürmü? Bəyəm Ümid Partiyası hakimiyyətin dialoqa getməyəcəyini bilmirdimi? Bilirdi. Amma adamları qorxutmaqla prosesi zərbə altına qoymaq... Adını lütən özünüz deyin. Amma vicdanla. Bəs indi nə edirsiniz? “Tarixin ən möhtəşəm birliyini” ”“ Milli Şuranı hakimiyyətə daşıya bildinizmi? “Bura əsl müxalifət birliyidir” deyirdiniz. Cəmi iki ay sonra biriniz digərinizə mandat alverçisi deyirsiniz. Ya Allah eşqinə söyləyin möhtəşəmsiniz, yoxsa alverçi? Bəlkə ikincinin birincisisiniz?

 

Azərbaycanlı kvakerlər

 

Müsavat Milli Şuradan istefa verəndə AXCP yetkililərindən birinin facebookdakı statusu diqqətimi cəlb etdi ”“ nəhayət ki, müxalifət təmizləndi. Rəzalətdi vallah. Deməli bu günə qədər bilərəkdən çamurun içindəmi idin? Bəs nədən susurdun? Prosesə görəmi? Güzəştəmi gedirdin? Böyüklükmü edirdin? İndi nədən susmursan, böyük ola bilmirsən? Divanəlikdir. Milli dediyiniz o Şurada Ümid yox, ADP yox, AMİP yox, KAXCP də demək olar ki, yox. Müsavat da getdi. Qalan yalnız AXCP-dir. Bəs sən kimdən təmizləndin? Belə çıxır ki, bu boyda məmləkətdə AXCP-dən başqa müxalif qurum yoxdurmu? Azərbaycanda siyasətlə nəinki məşğul olan, hətta bu sahə ilə maraqlanan hər kəsin 1995-2002-ci illərin iş birliyi haqda bilgisi var. Tahir Kərimlinin təbirincə desək kimlərin “dibçək lideri” olduğu kimsəyə sirr deyil. Amma biz böyük düşünürük, o işbrliyini xəyanət adlandırmırıq. Xəyanət Qərbin də içərisində yer aldığı projeni şəxsi ambissiya baxımından yarıda buraxıb qaçmaqdır. İndi sirri biləni öldürməkmi lazımdır? Nə yaxşı asan qaryaxma forması tapmısınız. Kimsə siz deyəni demirsə və sizin kimi düşünmürsə həmən “iqtidara işləyir” yarlıkını alırsınız əlinizə. Ulan, sən adamın yaşamını, dolanışığını, nə yeyib, nə içdiyini bilirsənmi ki, ona iqtidar adamı deyirsən? Bir dəfə də əlinizə rühunuza sirayət edəcək nə isə alın. Suya düşmüsənsə əl uzadanı söymə. Əl uzadanın əlini tut və qurtul. Söyüş qurtuluş deyil. Sizin fəaliyyətiniz XIX əsrdə Amerika konqresindəki kvakerlər adlı qrupun fəaliyyətinə bənzəyir. Bu qrup demək olar ki, çox şeyə etiraz edirdi, amma səmərəsiz.

 

Müxalifətin Sarıelliləri

 

Artıq uzun illərdir ki, kiçik fasilələrlə müxalifətin müəyyən bir kəsimi imkanları ilə uzlaşmayan iddialara düşürlər. Hər dəfə xəyal qırıqlığı. Bəzən ayrı-ayrı fərdlər iddialarını kiçiltməkdənsə, başlarını böyüdürlər. İddiaları boyda etmək üçün. Nəticədə yekəbaşlıq yaranır. Bu yekəbaşlar hamıya, hər kəsə irad tutmanı prinsip olaraq müəyyən edirlər.

Azərbaycan Xalq Hərəkatının lideri Ə.Elçibəyin davamçıları olduqlarını iddia etməklə özlərini böyüdənlərin düşüncə tərzi kifayət qədər dayaz və cılızdır. Biz mövcud hakimiyyətin idarəçilik prinsipini bəyənmirik. Elə ona görə də müxalifətdəyik. Lakin biz mövcud situatsiya ilə üzləşdiyimiz üçün hakimiyyəti bu iqtidara təhvil verən mərhum lideri də xəyanətkar adlandırmırıq. Yazının əvvəlində deyildiyi kimi biz şərtlərin nəyi diqtə etdiyini gözəl bilirik. Bu addım o dövrün şərti idi. Amma vəzifələri dondurmaq, həm də hakimiyyətin təpəsində olduğun halda. Bu əsl xəyanətdir.         

Bu cür tiplərin mərhum lider Ə.Elçibəy yolçusu olma iddiaları sadəcə absurddur. Bunu bildik. Heç olmazsa özün kimi olmana zorlama insanları. Axı səndə məlumsan, məchul yox. Qrantını bölə bilməyənlər örnək ola bilməzlər axı.

Vətəni hər kimdən çox sevdiyinizə sizi kim inandırıb bilmirəm. Amma mənim anlamımda İlham Əliyev bu ölkəni məhz sizin hamınızdan daha çox sevir. Bilirsiniz nədən? Axı bu ölkə ona hər şey verib. Szin anlayacağınız və anlaya bilməyəcəyiniz hər şeyi.

Cinayət Məcəlləsində dələduzluqla bağlı konkret maddə var - 178. Bu maddədə cəza insanların əmlakına yönəli hərəkətlərə görə nəzərdə tutulub. Çox təəssüf ki, Sarıelli kimi Motsartı öldürüb sonra üstündə ağlayan siyasi dələduzlara bu maddə şamil olunmur. Adamlar hər dəfə vicdan mühakiməsinə buraxılır. Vicdanı olmayanlar uçün isə hər zaman amnistiya var.

 

Bakir HƏSƏNBƏYLİ

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Limonu belə yesəniz arıqlayacaqsınız

Limonu belə yesəniz arıqlayacaqsınız

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Dua Lipanın toy FOTOLARI

Dua Lipanın toy FOTOLARI

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Gəncədə qadın evində ölü tapıldı

Gəncədə qadın evində ölü tapıldı

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

End of content

No more pages to load

RADİO