Bakıda yeni hərbi xidmətdən qayıdan gənc yoxa çıxıb. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan İsa Rəhimovdan 3 gündür, səs-soraq yoxdur. İ.Rəhimovun dostlarının Milli.Az-a verdikləri məlumata görə, onu sonuncu dəfə metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında görüblər. Onun harada olması bilinməsə də, evdən getməmişdən əvvəl valideynləri ilə dava etməsi məlumdur. İ.Rəhimov bir neçə gün əvvəl hərbi xidmətdən qayıdıb. Valideynləri onun tapılması üçün polisə müraciət ediblər.