Yerli mətbuatda yayılan məlumatlara görə, bu gündən fəaliyyətə başlayan “Auto FM” radiosu nəqliyyat naziri Ziya Məmmədovun oğlu iş adamı Anar Məmmədova məxsus olduğu bildirilir. AzVision.az bununla bağlı “Auto FM” radiosunun direktoru Elnur Baimovla əlaqə saxlayaraq məlumatı dəqiqləşdirib.
E.Baimov sözügedən radionun iş adamı Anar Məmmədovla heç bir əlaqəsi olmadığını bildirərək yayılan xəbərlərin yalnış olduğunu deyib.
Onun sözlərinə görə, radionun heç bir şəxslərnən aiddiyyatı yoxdur.
E. Baimov qeyd edib ki, 107.7 tezliyi Nəqliyyat Nazirliyinin Nəqliyyatı intellektual idarəetmə mərkəzinə ayrılıb və onun nəzdində fəaliyyət göstərir. O, həmçinin radionun hədəfi ölkənin ən populyar fm dalğası olduğunu diqqətə çatdırıb: “Bu məqsədlə radioya peşəkarlardan ibarət komanda cəlb olunub. Əsasən dinamik fm dalğasına üstünlük verən radio hər saatın tamamında ən son xəbərləri eləcə də gün ərzində 3 dəfə intellektual və əyləncəli proqramlar, müxtəlif janrlı musiqi nömrələri səsləndirəcək”.