Bakıda 21 yaşlı gənci avtomobil vurub.
Paytaxtda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın məlumatına görə, hadisə Nizami rayonunda baş verib. Keşlə qəsəbəsində minik avtomobili yolu keçən 1999-cu il təvəllüdlü Sultanlı Nurlan Nemət oğlunu vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bizim.Media