“Azərbaycan hərbçiləri hazırda Söyüdlü (Zod) qızıl mədəninin ətrafındadırlar”
Bizim.Media xəbər verir ki, bunu Söyüdllü (Zod) qızıl yatağının rəhbəri bildirib.
O, qeyd edib ki, Azərbaycan hərbçiləri gəlib mövqeləri tutdular və ərazinin bizlərdən boşaldılmasını tələb etdilər:
"Lakin hər hansı hücum olmadı. Danışıqlar davam edir. Ancaq Rusiya sülhməramlıları olmadan məsələ həll olunmayacaq. Mədəndə işləyən işçilər artıq ərazini tərk ediblər".
Qeyd edək ki, erməni sosial şəbəkə istifadəçiləri Ermənistan rəhbərliyinin xalqı aldatması və Müdafiə Nazirliyinin bu məsələni təkzib etməsinə görə etiraz ediblər.
Bizim.Media