Jurnalist cəbhəsi: 49 yaşında döyüşən jurnalist – İlham Tumas

Jurnalist İlham Tumasla şəxsi tanışlığım olmasa da, həmkar və jurnalist kimi onu çoxdan tanıyıram. Açığını deyim ki, əfsanəvi general, şəhid Polad Həşimovun xatirəsinə həsr etdiyi “Poladın 7 anı” adlı sənədli filmindən sonra onu belə demək mümkünsə, kəşf etdim. Bu dəfə “Jurnalist cəbhəsi”nin qəhrəmanı hazırda işğaldan azad edilən torpaqlarımızda vətənin əsgəri, baş leytenant kimi xidmətini davam etdirən İlham Tumasdır.

Atası Əli dayı deyir ki, biz oğlumuzun torpaqlarımızın işğaldan azad edilməsində iştirakından qürur duyuruq:

“Oğul o vaxt oğul olur ki, elini, obasını, yurdunu düşməndən qoruyur. Tovuz döyüşlərində General Polad Həşimovun qəhrəmancasına şəhidliyindən sonra İlham özünə gələ bilmirdi. Sentyabrın 21-də səfərbərlik idarəsindən çağırış vərəqəsi gəldi. Çox sevinirdi, deyirdi ki, düşməndən qisas almağın vaxtı gəldi. Səfərbərlik idarəsinə getdi, bir qədər keçəndən sonra zəng edib dedi ki, Zeynalabdin qəsəbəsində hərbi hissədəyəm. Ata, ana narahat olmayın, mən yaxşıyam, hər şey çox gözəl olacaq''.




Elə həmin gün getdi, sonra səsi rayonlarımızdan - Cəbrayıldan, Füzulidən, Laçından gəlirdi. Şuşanın işğaldan azad olunmasında iştirak edib”.

Anası Dilşad xanım isə deyir ki, İlhamın sözləri hələ də qulağımdadır: “Ana prezidentimiz qərar verib, torpaqlarımızın işğalına son qoyacağıq. Gözlədiyim gün gəldi”. Mən bir ana olaraq İlhama, bütün əsgərlərimizə, müharibədə iştirak edən oğullarımıza gecə-gündüz dua edirəm. Allaha şükürlər olsun, torpaqlarımız işğaldan azad olundu. İnşa Allah, İlham sağ-salamat gəlsin qurbanını kəsəcəyik. Bir qurbanı da İlhamın ata yurdu Cəbrayılda kəsiləcək”. 

İlhamın qardaşı İslam Ağayev İlhamın 1992-1993-cü birinci Qarabağ döyüşlərində könüllü iştirak etdiyini dedi:

“Müddətdən artıq zabit kimi 2000-ci ildə Murovda Polad Həşimov, Raquf Orucovla bir yerdə xidmət etmişdi. Həm də dost idilər. Çağırış vərəqi gələndə anında getdi. Bəlkə də bəzi insanlar 49 yaşında cəbhəyə getməkdən çəkinər. İlhamın təzyiqi var, səhhətində də problemlər vardı. Amma səbəb gətirmədi, vətənə layiqincə xidmət göstərdi, döyüşdü”.



İslam Ağayev Tumas ləqəbinə də aydınlıq gətirdi. Deyir ki,Tumas Cəbrayılda dağ adıdır: “Bir vaxtlar mən də bu adı istəyəndə demişdi hələ tezdir. İki-üç il əvvəl isə dedi götür, icazə verirəm. Dedim yox, mənim haqqım deyil, ona haqqı çatan insanlar götürsün qoy”.

Ağanisə Sultan, Bizim.Media    
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kahramanmaraşda məktəbə hücum edən şagirdin anası həbs edildi

Kahramanmaraşda məktəbə hücum edən şagirdin anası həbs edildi

Əhalinin NƏZƏRİNƏ: Metroda qatarların sabahkı hərəkət qrafikinə DƏYİŞİKLİKLƏR EDİLDİ

Əhalinin NƏZƏRİNƏ: Metroda qatarların sabahkı hərəkət qrafikinə DƏYİŞİKLİKLƏR EDİLDİ

Türkiyəli güləşçi 13-cü dəfə Avropa çempionu olub

Türkiyəli güləşçi 13-cü dəfə Avropa çempionu olub

Bu ərazilərdə qaz kəsiləcək

Bu ərazilərdə qaz kəsiləcək

8 iranlı qadınlarla bağlı Trampın iddiası təkzib edildi

8 iranlı qadınlarla bağlı Trampın iddiası təkzib edildi

Fermer kartlarına köçürülən 2,6 milyon manatın taleyi bəlli deyil

Fermer kartlarına köçürülən 2,6 milyon manatın taleyi bəlli deyil

Əraqçi: Bu, müharibə aktıdır…

Əraqçi: Bu, müharibə aktıdır…

Müğənni Mehinin keçmiş polkovnik-leytenant anası ilk dəfə AÇIQLAMA VERDİ - VİDEO

Müğənni Mehinin keçmiş polkovnik-leytenant anası ilk dəfə AÇIQLAMA VERDİ - VİDEO

Solovyov Melonini TƏHQİR ETDİ - Rusiya səfiri İtaliya XİN-ə çağırıldı

Solovyov Melonini TƏHQİR ETDİ - Rusiya səfiri İtaliya XİN-ə çağırıldı

Ölkə ikincisi Aylin uğurun sirrini açıqladı

Ölkə ikincisi Aylin uğurun sirrini açıqladı

Qatar yoluna düşüb həlak olan 22 yaşlı gənc imiş

Qatar yoluna düşüb həlak olan 22 yaşlı gənc imiş

SON DƏQİQƏ: Kosovo SEPAH-ı terror təşkilatı kimi TANIDI

SON DƏQİQƏ: Kosovo SEPAH-ı terror təşkilatı kimi TANIDI

Papikyan Gürcüstana rəsmi səfərə gedib

Papikyan Gürcüstana rəsmi səfərə gedib

"Axşam yemək olmaz" qadağası artıq KÖHNƏLİB

"Axşam yemək olmaz" qadağası artıq KÖHNƏLİB

Madyar NƏ VAXT vəzifəsinin başına keçəcək? - TARİX açıqlandı

Madyar NƏ VAXT vəzifəsinin başına keçəcək? - TARİX açıqlandı

Rəqsanənin qızları küsülü imiş...

Rəqsanənin qızları küsülü imiş...

Direktor hadisənin gizli tərəflərini açdı: "Spirti termosda gizlədibmiş..." - VİDEO

Direktor hadisənin gizli tərəflərini açdı: "Spirti termosda gizlədibmiş..." - VİDEO

İran zəvvarlarını Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına göndərmir?

İran zəvvarlarını Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına göndərmir?

"28 May" stansiyasında baş verən hadisə ilə bağlı TƏBİB məlumat yaydı

"28 May" stansiyasında baş verən hadisə ilə bağlı TƏBİB məlumat yaydı

İran ABŞ ilə danışıqlardan İMTİNA ETDİ: Razılığımızı necə gözləmək olar?

İran ABŞ ilə danışıqlardan İMTİNA ETDİ: Razılığımızı necə gözləmək olar?

Nazirdən Azərbaycanda maaş artımı ilə bağlı AÇIQLAMA

Nazirdən Azərbaycanda maaş artımı ilə bağlı AÇIQLAMA

Donbasa Trampın adı verilə bilər...

Donbasa Trampın adı verilə bilər...

Avroliqada ilin məşqçisi açıqlandı

Avroliqada ilin məşqçisi açıqlandı

Barat Yusubovdan işdən çıxarılması ilə bağlı AÇIQLAMA

Barat Yusubovdan işdən çıxarılması ilə bağlı AÇIQLAMA

End of content

No more pages to load

RADİO