Ülviyyə Şamilqızı "Azadlıq"ı məhkəməyə verə bilər

Sosial şəbəkələrdə, bəzi qəzet və saytlarda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin seçicilərlə görüşünə gəlmədiyinə görə “Xalq Cəbhəsi” qəzetinin dizayneri Ülviyyə Şamilqızının işdən çıxarılması ilə bağlı məlumat yayılıb. Qeyd edək, “Xalq Cəbhəsi” Qüdrət Həsənquliyevə yaxın qəzet kimi tanınır.

Amma həm “Xalq Cəhbəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, həm də Ülviyyə Şamilqızı verdikləri açıqlamalarla bu məlumatı təkzib ediblər.

Elçin Mirzəbəyli Moderator.az-a açıqlamasında bildirib ki,  "Xalq Cəbhəsi" qəzetində kiminsə işə götürülməsi, yaxud kənarlaşdırılması baş redaktor kimi onun səlahiyyətlərinə aid olan məsələdir: “Mən bu və ya digər səbəblərdən yolumu ayırdığım insanlarla ən yüksək səviyyədə münasibətlərimi davam etdirirəm və etdirəcəyəm də. Onlar harada çalışmalarından asılı olmayaraq, hər zaman dəstəyimi hiss edəcəklər. Kiminsə işdən kənarlaşdırılması, yaxud işə götürülməsinin səbəbləri isə mənə və həmin şəxsə aid olan məsələdir. "Xalq Cəbhəsi" qəzetində mənimlə birgə bu günə qədər çoxlu sayda insan çalışıb. Onların hər biri mənim üçün əzizdir və bu insanları doğmalarım qədər sevirəm. Bu qədər də olmaz... Bəzi həmkarlarım nəinki peşə etikasını, elementar etik normaları belə pozurlar. Hər şeyin bir ölçüsü, sərhədi var!”

Ülviyyə Şamilqızı isə deyib ki, bəzi insanlar anlaşılmazlıqdan sui-istifadə edirlər və bu cür insanları qınayır: “Bu gün Mətbuat Şurasına da zəng etmişəm. Mənim icazəm və razılığım olmadan, hətta fikrimi belə öyrənmədən məqalə dərc edən “Azadlıq” qəzetini yeri gəlsə məhkəməyə verəcəyəm. Mən heç kimə bu barədə hər hansı bir açıqlama verməmişəm. Mən bu qəzetdə 6 il işləmişəm. Oradakı insanlar mənə doğma ailəm qədər yaxın olub. Orada işlədiyim müddətdə mənə hər mənada dayaq olublar. Hətta təhsil haqqımı da Qüdrət Həsənquliyev ödəyib. Bu kimim müsbət halları yazmayıblar. Mənasız, lazım olmayan şayiələr çıxarırlar, lazım olmayan söhbətlər edirlər. Bütün media qurumlarına üz tutub deyirəm ki, olmayan yerdən qan çıxarmağa çalışmayın. Mənim heç kimdən və heç nədən şikayətim yoxdu”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Röya Ayxanın oğlu bu ölkədə Universitetə DAXİL OLDU - ÖZƏL

Röya Ayxanın oğlu bu ölkədə Universitetə DAXİL OLDU - ÖZƏL

Özbəkistandan Azərbaycana gətirilən arılarda gənə var? - RƏSMİ AÇIQLAMA

Özbəkistandan Azərbaycana gətirilən arılarda gənə var? - RƏSMİ AÇIQLAMA

Əmlakların qeydiyyatı ilə bağlı Əli Əsədovdan QƏRAR

Əmlakların qeydiyyatı ilə bağlı Əli Əsədovdan QƏRAR

Bu futbolçu “Karvan-Yevlax”ı TƏRK EDƏCƏK

Bu futbolçu “Karvan-Yevlax”ı TƏRK EDƏCƏK

Xarici media subyektlərinin filiallarının ölkəmizdə qeydiyyatı ilə bağlı YENİ TƏLƏB

Xarici media subyektlərinin filiallarının ölkəmizdə qeydiyyatı ilə bağlı YENİ TƏLƏB

"Ona gələn şərhləri mənə yazsaydılar, küçəyə çıxa bilməzdim"

"Ona gələn şərhləri mənə yazsaydılar, küçəyə çıxa bilməzdim"

Ərəb ölkələri Yaxın Şərqdəki münaqişəyə görə 200 milyard dollar İTİRƏCƏK

Ərəb ölkələri Yaxın Şərqdəki münaqişəyə görə 200 milyard dollar İTİRƏCƏK

Qaxda İYRƏNC MƏNZƏRƏ – Un kisəsindən görün nə ÇIXDI – ÖZƏL/VİDEO

Qaxda İYRƏNC MƏNZƏRƏ – Un kisəsindən görün nə ÇIXDI – ÖZƏL/VİDEO

721 nəfərin yaşadığı qəsəbənin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib - FOTO

721 nəfərin yaşadığı qəsəbənin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib - FOTO

"Kəmalə Günəşliyə halallıq vermirəm, qazandığını dərmana VERSİN" - VİDEO

"Kəmalə Günəşliyə halallıq vermirəm, qazandığını dərmana VERSİN" - VİDEO

Ağcabədidə qanuna zidd toy - Bələdiyyə sədrinin bacısı uşaqları evləndi

Ağcabədidə qanuna zidd toy - Bələdiyyə sədrinin bacısı uşaqları evləndi

Aynur Dadaşovanın evində toy olacaq

Aynur Dadaşovanın evində toy olacaq

Bayram günlərində dəmir yolu ilə daşınan sərnişinlərin SAYI

Bayram günlərində dəmir yolu ilə daşınan sərnişinlərin SAYI

Lavrov: “Dünya siyasətində güc amili kəskin şəkildə artır” - VİDEO

Lavrov: “Dünya siyasətində güc amili kəskin şəkildə artır” - VİDEO

Saatlıq əməkhaqqı ilə bağlı YENİLİK – İyun ayınadək...

Saatlıq əməkhaqqı ilə bağlı YENİLİK – İyun ayınadək...

Yemək sifarişlərini DRONLAR DAŞIYACAQ – Kuryer peşəsi tarixdən silinir

Yemək sifarişlərini DRONLAR DAŞIYACAQ – Kuryer peşəsi tarixdən silinir

Tanınmış azərbaycanlı müğənninin səsi batdı: Bütün konsertləri LƏĞV EDİLDİ

Tanınmış azərbaycanlı müğənninin səsi batdı: Bütün konsertləri LƏĞV EDİLDİ

Bayram günlərində avtobusla daşınan sərnişinlərin sayı AÇIQLANDI

Bayram günlərində avtobusla daşınan sərnişinlərin sayı AÇIQLANDI

Sükan arxasında telefondan istifadə edən sürücüyə töhmət verildi - FOTO

Sükan arxasında telefondan istifadə edən sürücüyə töhmət verildi - FOTO

Xocavənd şəhərində daha 64 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavənd şəhərində daha 64 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

"Daşdöyən" 3 maşın MODELİ

"Daşdöyən" 3 maşın MODELİ

“Zirə”nin legioneri “FİFA Series-2026”ın ən yaxşı oyunçusu SEÇİLDİ

“Zirə”nin legioneri “FİFA Series-2026”ın ən yaxşı oyunçusu SEÇİLDİ

Unudulmayan İNSANLIQ CİNAYƏTİ – 31 Mart Soyqırımının siyasi ANATOMİYASI

Unudulmayan İNSANLIQ CİNAYƏTİ – 31 Mart Soyqırımının siyasi ANATOMİYASI

Azərbaycanda insanın klonu patent obyekt kimi qəbul EDİLMƏYƏCƏK

Azərbaycanda insanın klonu patent obyekt kimi qəbul EDİLMƏYƏCƏK

End of content

No more pages to load

RADİO