Gəncədə fəaliyyət göstərən bütün seçki məntəqələrində xüsusi lövhələrə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Heydər oğlu Əliyevin portretləri birinci sıradan yapışdırıldı. Bu haqda Moderator.az-a YAP-ın Gəncə Şəhər Təşkilatından məlumat verilib.
Gəncə şəhəri üzrə Mərkəzi Seçki Qərargahı tərəfindən müəyyənləşdirilmiş tədbirlər planına uyğun olaraq, seçicilərlə ilk görüş 17 sentyabr 2013-cü il saat 17:00-da Yeni Gəncə yaşayış massivindəki “Novruz” meydanında keçiriləcək.