Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun Paravakar və Berkaber kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq və Qazax rayonunun Qızılhacılı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Eyni zamanda Noyemberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimiz atəşə məruz qalıb.
Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Tərtər rayonunun Çaylı, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.