Xalq artisti Səməd Səmədov son mənzilə yola salınıb. Müğənninin nəşi dəfn olunmaq üçün Yasamal qəbiristanlğına aparılıb. Onunla vidalaşmağa gələnlər arasında sənət dostları da yer alıblar.
Bizim.Media xəbər verir ki, mərhum sənətçinin oğlu media nümayəndələrinə çəkiliş etmək üçün imkan verməyib.
O, media nümayəndələrini qəbiristanlığa buraxmayıb.
Qeyd edək ki, S.Səmədov 74 yaşında ötən gün vəfat edib. O, bir neçə gün əvvəl koronavirusa yoluxub və xəstəxanaya yerləşdirilib.
Bizim.Media