Türkiyənin əsas istirahət şəhərlərindən olan Bodrumda bu il fərqli ab-hava hökm sürüb.
Bizim.Media “Sabah” qəzetinə istinadla bildirir ki, bu il Bodruma daha çox dünya zənginləri üz tutub.
Nəşrin məlumatına görə, dünyanın ən zənginlərindən olan Bernard Arnaultun gəlini rusiyalı supermodel və xeyriyyəçi Natalya Vodyanova tərəfindən qurulan “Naked Heart Foundation” iyulun 23-də Bodrumda qala gecəsi təşkil edib.
Qala gecəsində, Fransa, İsviçrə, Latviya, Rusiya, Azerbaycan və dünyanın bir çox ölkələrinin elitası iştirak edib.
“Chopard” həmsədri Karolina Şeufel və “Chopard” şirkətinin Türkiyə təmsilçisi Şelli Ovadia mərasimə başçılıq ediblər. Qala gecəsinə dəvətnamələrin qiyməti 25 min avrodan başlayıb.
Bizim.Media