"Bu adam dəlidirsə, niyə ailəsi var?" - Bakıda qətl törədən şəxs məhkəməyə gətirilmir

Qətl törətməkdə ittiham olunan 1978-ci il təvəllüdlü İbrahimov Heydər Məhəmməd oğlunun cinayət işi üzrə məhkəmə araşdırması keçirilir. Məhkəmədə məlum olub ki, Heydər İbrahimov qətli törədən zaman anlaqsız vəziyyətdə olub. Hazırda da özünü idarə edə bilmir.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan Heydər İbrahimovun cinayət işi üzrə məhkəmə araşdırması keçirilir.

Sonuncu prosesdə məlum olub ki, H.İbrahimov səhhətində olan problemə görə məhkəməyə gətirilmir. Onun psixoloji problemlərinin olduğu, hazırda müalicə müəssisəsinə yerləşdirildiyi bildirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Göyçay sakini arvadını və özünü güllələdi - TƏFƏRRÜAT


Qətli törədən Heydərin qardaşı Məcid İbrahimov qanuni nümayəndə kimi tanınıb. Məhkəmə prosesi onun iştirakı ilə davam etdirilib.

Məcid İbrahimov dindirilən zaman deyib ki, qardaşı özünü idarə edə bilməyən, psixi problemləri olan şəxs idi. O, qardaşının "dəli" olduğunu da söyləyib.

Qətl hadisəsi Xəzər rayonu Südçülük sovxozu ərazisində baş verib. 1966-cı il təvəllüdlü Məmmədov Canpolad Alı oğlu qətlə yetirilib.

Hadisənin hansı səbəbdən baş verməsinə gəlincə, şahidlərin dediyinə görə tərəflər arasında adi mübahisə olub. Daha sonra Heydər İbrahimov Canpolad Məmmədova çoxsaylı bıçaq zərbələri endirib.

Mərhumun hüquqi varisi, xanımı Güləndam Kazımova da məhkəmədə dindirilib. Deyib ki, hadisənin hansı səbəbdən baş verdiyini bilməyib. Hadisədən sonra onu polisə çağırıblar:

"Mən elə bildim ki, ərimin pasportla bağlı problemi var. Çünki Gürcüstan vətəndaşı olduğu üçün sənəd işləri qaydasında deyildi. Polisə getdim, oradan da morqa".
 

Güləndam Kazımova qeyd edib ki, Heydər xəstə olduğu halda camaat içinə niyə çıxıb: "Deyirlər ki, bu adam dəlidir, xəstədir. Xəstə, dəli idisə, niyə ailəsi var? Niyə uşaqları var? Niyə müalicəyə göndərilmirdi?"


Heydər İbrahimovun qardaşı Məcid Ibrahimov deyib ki, müalicə uzun müddət idi davam edirdi: "Sonuncu dəfə xəstəxanaya gedəndə qəbul etməmişdilər".(musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Limonu belə yesəniz arıqlayacaqsınız

Limonu belə yesəniz arıqlayacaqsınız

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Dua Lipanın toy FOTOLARI

Dua Lipanın toy FOTOLARI

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Gəncədə qadın evində ölü tapıldı

Gəncədə qadın evində ölü tapıldı

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

End of content

No more pages to load

RADİO