Dünən saat 16:00 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən açılan snayper atəşi nəticəsində Kəlbəcər rayonunda şəhid olan gizir Yaqublu Fərman Telman oğlu bu gün Beyləqan rayonunun Qəhrəmanlı kəndində dəfn edilib.
Bizim.Media xəbər verir ki, dəfn mərasimində mərhumun yaxınları, kənd əhalisi və hərbçilər iştirak edib.
Xatırladaq ki, o, Prezident İlham Əliyevin sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
Bizim.Media