Xaçmazın Həsənqala kəndində bədbəxt hadisə baş verib.
Bizim.Media xəbər verir ki, 27 yaşlı kənd sakini Orxan Məmmədov sərinləmək üçün kənddəki göldə çimərkən boğulub.
Hadisə yerinə rayonun polis və prokurorluq əməkdaşları gəlib. Mərhumun meyiti sudan çıxarılaraq tibbi ekspertizaya göndərilib.
Hadisə ilə bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma başladılıb.
Aytəkin Alxaslı, Bizim.Media