Görkəmli Azərbaycan-sovet opera və estrada müğənnisi Müslüm Maqomayevin və bəstəkar Tofiq Quliyevin heykəllərinin qoyulacağı yer müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Mədəniyyət Nazirliyi yayıb.
Mənbə bildirir ki, Müslüm Maqomayevin heykəlinin son tamamlama işləri aparılır və yaxın zamanda Bakı şəhərində Dənizkənarı Milli Parkın ərazisində, dəniz tərəfdən Dövlət Kukla Teatrının yaxınlığında ayrılmış yerdə ucadılması nəzərdə tutulur.
Tofiq Quliyevin heykəli isə paytaxtda, “Keçmiş “Bakı” mehmanxanasının yerində salınmış parkda ucadılması planlaşdırılır.
Bizim.Media