"Azərbaycan Dəmir Yolları" QSC Şuşa istiqamətində dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri aparır.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun sədri Cavid Qurbanov deyib.
Bildirib ki, layihələndirmə işlərini Türkiyə şirkəti həyata keçirir:
“Azərbaycan prezidenti Şuşanı mədəniyyət paytaxtı elan edib, ona görə də ora elektrik qatarının tikintisi vacib olacaq”.
Bizim.Media