Tanınmış telejurnalist həkimi məhkəməyə verdi - FOTO

0:00
0:00

Tanınmış telejurnalist Günel Gözəlova həkimi məhkəməyə verib.

Bizim.Media-nın xəbərinə görə, iddia ərizəsində qeyd olunub ki, G.Gözəlovanın həyat yoldaşı Anar Gözəlov səhhətində yaranan problemlərlə bağlı (kəskin böyrək ağrısı) "Buta" Klinikasında cərrah uroloq-androloq Araz Bayramova müraciət edib.

Həmin klinikada uroloq Araz Bayramovun təyinatı üzrə fevralın 6-da A.Gözəlovdan əməliyyat öncəsi sağlamlığının əməliyyata hazır olub-olmadığını müəyyən etmək üçün qan analizləri götürülüb.

Fevralın 18-də A.Gözəlov əməliyyat olunub. Əməliyyatdan ayılan kimi A.Gözəlovun səhhətində ciddi problemlər müşahidə olunub. Ailəsi bunu təkidlə desə də, klinikanın stasionar şöbəsinin baş tibb bacısı vəziyyəti ciddiyə almayıb, cərrah-uroloqsa vəziyyətdən 1 sutka sonra xəbərdar olub. Belə ki, zərərçəkən əməliyyatdan sonra anlaqsız vəziyyətdə olub, nitqində çox ciddi qüsurlar müşahidə edilib, üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu ilə 5 aydır müalicə alır.

Xəstənin ailəsi və "Buta" Klinilasında nevropotoloq olmadığına görə kənardan dəvət olunan nevropotoloqun təkidi ilə 10 gün sonra olunan MRT müayinəsi zamanı müəyyən edilib ki, Anar Gözəlov əməliyyat vaxtı ikitərəfli beyin infarktı keçirib.

Zərərçəkən iddia qaldıraraq həkim Bayramov Araz Eldar oğlunu məhkəməyə verib. İddia ərizəsi Nərimanov Rayon Məhkəməsində hakim Vüqar Quliyevin icraatında araşdırılır.

A.Gözəlovun iddiası üzrə Məhkəmənin hazırlıq iclası keçirilib, məhkəməyə baxış iclası isə iyulun 27-ə təyin edilib.

Qeyd edək ki, telejurnalist Günel Gözəlova həkimin cəzalandırılması, əməliyyatda baş verənlərin ciddi araşdırılması üçün ölkə rəhbərliyinə daxili işlər naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə, səhiyyə nazirinin müavininə və s. qurumlara müraciət edib.

G.Gözəlovanın qeyd olunan məktubu ilə bağlı hazırda məhkəmədən kənar Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampın elçiləri İranla danışıqlar üçün İsveçrədədir...

Trampın elçiləri İranla danışıqlar üçün İsveçrədədir...

Melonidən Trampa CAVAB: “Öz reytinqini izlə!”

Melonidən Trampa CAVAB: “Öz reytinqini izlə!”

“Aşk-ı Memnu”nun “Katya”sının son halı - FOTO

“Aşk-ı Memnu”nun “Katya”sının son halı - FOTO

Krasnodarda bıçaqlı HÜCUM: Onlarla insanın necə xilas edildiyi MƏLUM OLDU

Krasnodarda bıçaqlı HÜCUM: Onlarla insanın necə xilas edildiyi MƏLUM OLDU

Sumqayıtda yaşayış binasında partlayış oldu - FOTO

Sumqayıtda yaşayış binasında partlayış oldu - FOTO

Sabah abituriyentlər imtahan verəcək

Sabah abituriyentlər imtahan verəcək

İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana QAYITDI

İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana QAYITDI

Rusiyada naməlum şəxs maçete ilə insanlara hücum edib – FOTO - VİDEO

Rusiyada naməlum şəxs maçete ilə insanlara hücum edib – FOTO - VİDEO

SEPAH gəmilərə Hörmüz boğazına yaxınlaşmağı QADAĞAN ETDİ

SEPAH gəmilərə Hörmüz boğazına yaxınlaşmağı QADAĞAN ETDİ

Müşviqin 4 ildir görmədiyi oğlu - FOTO

Müşviqin 4 ildir görmədiyi oğlu - FOTO

Azərbaycandan Ermənistana dizel GÖNDƏRİLƏCƏK

Azərbaycandan Ermənistana dizel GÖNDƏRİLƏCƏK

Yumurta bu gün də 1 qəpikdir - FOTO

Yumurta bu gün də 1 qəpikdir - FOTO

Magistratura təhsilindən imtina EDƏNLƏR

Magistratura təhsilindən imtina EDƏNLƏR

Almaniyada turnir zamanı ildırım idmançıları vurdu

Almaniyada turnir zamanı ildırım idmançıları vurdu

Müavini Meloniyə deyilən sözlərdən sonra ABŞ səfərini LƏĞV ETDİ

Müavini Meloniyə deyilən sözlərdən sonra ABŞ səfərini LƏĞV ETDİ

Sürücülük vəsiqəsi niyə müddətsiz verilmir? – Səbəbi AÇIQLANDI

Sürücülük vəsiqəsi niyə müddətsiz verilmir? – Səbəbi AÇIQLANDI

Bakıda modelin döşəyin altında gizlətdiyi PULLAR OĞURLANDI

Bakıda modelin döşəyin altında gizlətdiyi PULLAR OĞURLANDI

"Azəriqaz"da yeni struktur YARADILDI

"Azəriqaz"da yeni struktur YARADILDI

Bakıda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası start götürdü - FOTO

Bakıda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası start götürdü - FOTO

SON DƏQİQƏ: İran Hörmüz boğazını yenidən BAĞLADI

SON DƏQİQƏ: İran Hörmüz boğazını yenidən BAĞLADI

İordaniya parlamentinin sədri Azərbaycana gəldi - FOTO

İordaniya parlamentinin sədri Azərbaycana gəldi - FOTO

Tramp Meloni ilə dostluqdan imtina etdi: “Xeyr, təşəkkürlər!” - FOTO

Tramp Meloni ilə dostluqdan imtina etdi: “Xeyr, təşəkkürlər!” - FOTO

İsmayıllıda məktəbli sinif yoldaşını sevən oğlanı döydü, həbs edildi

İsmayıllıda məktəbli sinif yoldaşını sevən oğlanı döydü, həbs edildi

“Neftçi” növbəti transferini etdi

“Neftçi” növbəti transferini etdi

End of content

No more pages to load

RADİO