Azərbaycanda “peyvənd sertifikatı”nın müddəti açıqlanıb.
Bizim.Media xəbər verir ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB vətəndaşlar tərəfindən vaksinasiya ilə bağlı ən çox verilən suallara aydınlıq gətirib.
Məlumata görə, verilən cavabda “peyvənd sertifikatı”nın müddətsiz olduğu vurğulanıb.
Bildirilib ki, dünyada COVID-19 əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlılığı və müddəti istiqamətində elmi tədqiqatlar davam etdirilir.
Aparılan tədqiqatların nəticələri açıqlandıqdan, ÜST və digər beynəlxalq səhiyyə qurumlarının tövsiyələri məlum olduqdan sonra bu məsələyə yenidən baxılacaq.
Bizim.Media