Şabran şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.
Bizim.Media xəbər verir ki, Güləmli kənd sakini, 28 yaşlı Tural Mehman oğlu Şahverdiyev idarə etdiyi Vaz-21 09 markalı avtomobillə yolu keçən 22 yaşlı şəhər sakini, Gündüz Heydər oğlu Ziyadovu avtomobil ilə vurub. Ağır bədən xəsarəti alan piyada yerindəcə keçinib.
Şabran rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlib. Fakta bağlı cinayət işi başladılıb. Qəzanın başvermə səbəbi araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media