Bakı – Şamaxı yolunda avtomobil aşıb.
Bizim.Media xəbər verir ki, yol polisi əməkdaşları həmin avtomobildə xəsarət alan 3 nəfəri patrul avtomobili ilə təcili tibbi yardım maşınlarına çatdırıblar.
İnspektorlar Baş Dövlət Yol Polis idarəsinin Yol Patrul Xidməti alayının 3-cü tağımının komandiri, polis mayoru Ülfət Şükürovla əlaqə saxlayaraq hadisə barəsində məlumat verəndən sonra yaralıların yol patrul avtomobili ilə təcili yardıma çatdırılması barədə qərar qəbul olunub.
Tağım komandirinin göstərişi əsasında həmin 3 nəfər yaralı, patrul avtomobili ilə Müşviq postuna çatdırılıb. Orada isə təcili yardım həkimlərinə təhvil verilib.
Yaralıların təcili yardım avtomobillərinə yerləşdirilməsinə də polis əməkdaşları köməklik göstərib.
Xatırladaq ki, hadisə bu gün Bakı – Şamaxı yolunda baş verib. “KİA” markalı maşın yoldan çıxaraq aşıb və nəticədə yanıb.
Bizim.Media
