Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə oktyabrın 7-də saat 15:10-da 8 nəfər (4 qadın, 4 kişi) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müalicələri müvafiq şöbələrdə davam etdirilən pasiyentlərdən 2-nin vəziyyəti ağır, 6-sının vəziyyəti isə stabil qiymətləndirilir.
Bizim.Media