Su ödənişində yeni tarif – “Qiymət dəyişəcək”

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov deyib ki, su tariflərinin differensiallaşması ilə bağlı təhlillər aparılır və bu mexanizm ölkəmizdə tətbiq edilə bilər. Bəs suyun differensial tarifi dedikdə nə nəzərdə tutulur? Bu tarif tətbiq ediləndə qiymətlər dəyişəcək?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Metbuat.az-a açıqlama verib.

O bildirib ki, suyun differensial tarifi əslində əhali üçün tam yenilik deyil. Hazırda işıq və qazda olduğu kimi, burada da aşağı, orta və yüksək limitlər müəyyənləşdirilir.

İqtisadçının sözlərinə görə, tarif tətbiq ediləndə qiymətlər birmənalı şəkildə dəyişəcək:  

"Məsələn, hazırda suyun bir kubmetri 70 qəpik, kanalizasiyanın isə 30 qəpikdirsə, limitlər müəyyənləşəndən sonra bu rəqəmlər dəyişəcək. Amma aşağı limitin neçə kubmetr olacağı hələ məlum deyil. Bu məsələ Tarif Şurasının səlahiyyətindədir. Ola bilər ki, aşağı limit eyni qalsın, orta və yuxarı limitlər artsın. Hər halda qiymətlər arasında fərq yaranacaq. 

Burada mühüm məqamlardan biri limitin həcmi və onun aylıq, yoxsa illik tətbiq edilməsidir.

Məsələn, qazda illik limit (1200 kubmetr) müəyyən edilib, işıqda isə aylıq (300 kilovat). Su üçün də bu məsələ vacibdir, çünki xüsusən yay aylarında suvarma və digər məqsədlərlə suya tələbat artır. Buna görə də limitin illik müəyyənləşdirilməsi daha məqsədəuyğundur".

X.Kərimlinin fikrincə, limitlərin tətbiqi müsbət prosesdir:

"Birincisi, tarif artımı hamıya eyni dərəcədə təsir etmir, aşağı limitdə artım daha az olur.
İkincisi, bu, insanları qənaətə sövq edir. Eyni zamanda daha çox su istifadə edən, yəni imkanlı şəxslər daha çox ödəyir. Məsələn, həyəti böyük olan, hovuzu olan və ya daha çox qurğu işlədən ailələr daha çox su sərf edir. Bu da sosial ədalət prinsipinə uyğundur. 

Limit siyasəti, yəni differensial tariflər, ümumilikdə proqressiv yanaşmadır. Bəzən insanlar limit keçməmək üçün narahat olur, amma bu, eyni zamanda qənaətə meyilliliyi artırır. Bəzi insanlar düşünür ki, limitlər ləğv olunsa, qiymət aşağı olacaq. Amma əslində elə deyil, limit ləğv ediləndə adətən orta qiymət tətbiq olunur, yəni aşağı deyil".

Ekspert qeyd edib ki, differensial tariflər tətbiq ediləndən sonra qiymətlərin hazırkı 70 qəpikdən aşağı olacağı gözlənilmir:

"Əksinə, bu hədd minimal səviyyə kimi qala bilər, hətta artması da mümkündür. Tariflərlə bağlı qərarlar müvafiq qurumların səlahiyyətindədir, amma bu sahədə şəffaflıq və hesabatlılıq hələ də zəifdir. Ümumən baxanda, cəmiyyətdə bu məsələyə münasibət fərqli olsa da, mən differensiallaşmanı müsbət qiymətləndirirəm. Çünki daha çox su istifadə edən imkanlı şəxslərin daha baha ödəməsi sosial baxımdan ədalətlidir və qənaəti təşviq edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Holland daha bir bahalı avtomobil aldı

Holland daha bir bahalı avtomobil aldı

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

Balakən rayon Yanğından Mühafizə Hissəsinə yeni rəis TƏYİNATI

Balakən rayon Yanğından Mühafizə Hissəsinə yeni rəis TƏYİNATI

Türkiyə TARİXİNDƏ İLK: 20 milyardlıq kibercinayətkarlıq əməliyyatı…

Türkiyə TARİXİNDƏ İLK: 20 milyardlıq kibercinayətkarlıq əməliyyatı…

Klub borcları ödəmədi, transfer qadağası ilə ÜZLƏŞDİ

Klub borcları ödəmədi, transfer qadağası ilə ÜZLƏŞDİ

End of content

No more pages to load

RADİO