Ölkəni cənginə alan DABAQ XƏSTƏLİYİ – AQTA ilə Aqrar Xidmətlər Agentliyi məsuliyyəti niyə bir-birinin üstünə ATIR?

Son günlərdə dabaq xəstəliyinin rayonlarda sürətlə yayılması əhali və fermerlər arasında ciddi narahatlığa səbəb olub. Mal-qara arasında yayılan bu yoluxucu virus aqrar sektora böyük ziyan vurmaqla yanaşı, həm də əhalinin sağlamlığını təhlükə altına qoyur.

 

Şimal rayonlarından sonra Muğan istiqamətinə də yayılmış dabaq xəstəliyi artıq Cəlilabad, Biləsuvar, Beyləqan, İmişli rayonlarına keçib. Gədəbəydə isə hələ iyul ayından bu xəstəliyin mövcud olduğu deyilir.

 

Dünən redaksiyamıza Bakı kəndindən olan fermer də zəng vuraraq artıq paytaxt kəndlərində də dabağa yoluxmuş heyvanların olduğunu bildirdi.

Yerli baytarlıq qurumları təcili tədbirlər görsə də, vəziyyətin ciddiliyi və yayılma sürəti təşviş doğurur. Məsələn, Biləsuvar rayonunda bu günə qədər 17 minə yaxın iribuynuzlu, 44 minə yaxın xırdabuynuzlu heyvan vaksinasiyasından keçib.

Həmçinin Cəlilabad rayonunda bu günə kimi 42 minə yaxın iribuynuzlu, 3 minə yaxın xırdabuynuzlu heyvan vaksinasiya edilib. Eləcə də, İmişli rayonunda bu günə qədər 83 minə yaxın iribuynuzlu, 206 minə yaxın xırdabuynuzlu heyvan vaksinasiya olunub.

Əlavə aqrar dəstək niyə gecikir?

Amma heyvandarlıqla məşğul olan fermerlər arasında infeksiyanın yayılmasının qarşısını almaq üçün əlavə dəstəyə ehtiyac olduğu vurğulanır. Əlavə dəstək isə nədənsə iki qurumun arasında ilişib qalıb. Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin hər ikisinin xidmətinə heyvan sağlamlığının təmin edilməsi, dezinfeksiya tədbirləri, diaqnostik müayinələr aparılması,  heyvan sağlamlığı, heyvan xəstəliklərinin profilaktikası və müalicəsi kimi icra və maarifləndirmə işləri daxil olsa da məsuliyyəti bir-birinin üstünə atmaqla məşğuldurlar.

Son durumla əlaqədar isə cavabdeh qurumlar nə tədbir görür, nə də mətbuata bununla bağlı açıqlama verirlər.  

Əhali isə narahatdır: ət yesin ya yeməsin? Əhali ət almaqdan, kafe və restoranlarda isə ət xörəkləri yeməkdən ehtiyat edirlər.  

Qeyd edək ki, dabaq xəstəliyi (elm. afta epizootiyası) yoluxucu virus xəstəliyidir və əsasən iri buynuzlu heyvanlarda (inək, camış), xırdabuynuzlu heyvanlarda (qoyun, keçi) və donuzlarda rast gəlinir. Dabağa yoluxmuş heyvanın ağız boşluğunda, dırnaqlarda və bəzən cinsiyyət orqanlarında yaralar əmələ gəlir. Xəstəlik xəstə heyvanların ifrazatları ilə çirklənmiş yem, su, qulluq əşyaları, çiy süd və ondan hazırlanmış məhsullar, xəstə heyvanın çiy əti, gəmiricilər, həşəratlarla yayılır.

Heyvan ətinin dabaq olub-olmadığını belə bilmək olar: ət kəskin, turşumuş və ya çürük qoxu verirsə, boz, yaşıl, sarımtıl və ya tünd rəngə çalırsa, üzərində ləkələr, qan laxtaları və ya qəribə rəng dəyişiklikləri varsa, yapışqan, seliklidirsə, deməli dabaq heyvanın ətidir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Holland daha bir bahalı avtomobil aldı

Holland daha bir bahalı avtomobil aldı

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

Balakən rayon Yanğından Mühafizə Hissəsinə yeni rəis TƏYİNATI

Balakən rayon Yanğından Mühafizə Hissəsinə yeni rəis TƏYİNATI

Türkiyə TARİXİNDƏ İLK: 20 milyardlıq kibercinayətkarlıq əməliyyatı…

Türkiyə TARİXİNDƏ İLK: 20 milyardlıq kibercinayətkarlıq əməliyyatı…

Klub borcları ödəmədi, transfer qadağası ilə ÜZLƏŞDİ

Klub borcları ödəmədi, transfer qadağası ilə ÜZLƏŞDİ

End of content

No more pages to load

RADİO