Bakının Nəsimi və Səbail rayonlarının bəzi ərazilərinə su verilmir.
Bizim.Media xəbər verir ki, vətəndaşlar bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşıblar.
Onlar bildirib ki, Badamdar qəsəbəsinin bəzi yerlərində iki gündür su yoxdur. Eyni problem 6-cı mikrorayonda da yaşanır.
Belə ki, susuz qalan vətəndaşlar müxtəlif yerlərdən öz mənzillərinə su daşımağa məcbur olublar.
Badamdar qəsəbəsindən həmin görüntüləri təqdim edirik:
Bizim.Media