Ötən ilin avqust ayında dünyasını dəyişən Əməkdar artist Həsənağa Sadıqovun oğlu Elşən Sadıqov çətin də olsa atasından sonra onun sənətini davam etdirdiyini bildirib.xa0
E.Sadıqov Moderator.az-a açıqlamasında deyib ki, atamdan sonra çətin günlər yaşadım, amma dostların dəstəyi sayəsində özümə gəldim:
“Atama çox bağlıydım və ona görə də onun ölümündən sonra altı ay özümə gələ bilmədim. Artıq bir aydır ki, ifalara başlamışam. Buna da səbəb Əməkdar artistimiz hörmətli Ənvər Sadıqovdu. Ə.Sadıqov gəlib dedi ki, “Elşən, belə olmaz, sənətini davam etdirməlisən. Özünə qapanmısan. Nə lazımdırsa, biz də sənə kömək edəcəyik”.xa0 Evdə oturub ancaq atamın şəkillərinə baxırdım. Bununla yanaşı, Elşad Şəkili, skripka ifaçısı Ramin məni müşaiyət elədilər. Öz işlərimi saxlamışam və ancaq atamın işlərini davam etdirirəm. Fikirləşirəm ki, efirlərə çıxam.xa0

Atam heç özü bilmirdi ki, xəstəliyi nədir. Vəziyyəti pis olanda deyirdi ki, “Elşən, mən sənə arxayınam”. Atamın vəfatından sonra Siyayuş Kərimi və Ənvər Sadıqov həmişə bizə baş çəkir. Onlara təşəkkür edirəm. Elə bilirəm atam harasa gedib, amma otuz il o, hara gedibsə, mən də onunla birlikdə getmişəm. Dünyanın bir çox ölkələrində olmuşuq. İndi bir az özümə gəlmişəm. Biz iki qardaşıq, böyük mənəm və atamın sənətini də mən davam etdirirəm. O biri qardaşım başqa işlə məşğuldur. Oğlum Həsən də musiqiçidir, saz ifa edir”.xa0
Qeyd edək ki, Həsənağa Sadıqov 2018-ci il avqustun 1-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.xa0
Vasif Əlihüseyn