Bakı-Quba yolunun Şabranın Şahnəzərli kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qubanın Kələnov kənd sakini Elşən Rzaquliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Zərbənin təsirindən sürücü hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma başlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu