Gəncədə qonşular arasında mübahisə xəsarət ilə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, dava zamanı 1984-cü il təvəllüdlü Qalib İbrahimzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, zərərçəkən şəxsə qonşusu xəsarətlər yetirib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu