Gəncədə piyadanın xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində yolu keçmək istəyən 1985-ci il təvəllüdlü Nizami Novruzovu hərəkətdə olan minik avtomobili vurub.
Piyada dərhal xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu